Geoloji funksiya bir-birinə əks olan iki proseslə ifadə olunur. Birinci, bu funksiya sayəsində torpaq davamlı
təbii törəmə kimi alt qatda yerləşən yumşaq dağ süxurlarını istənilən xarakterli (yuyulma, uçqun) dağılmaqdan
qoruyur. İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya, külək, xüsusən axar sular) nəticəsində
aparılan torpaq materialından yeni – delüvial, hətta prolüvial dağ süxurları əmələ gəlir, onlar bir qədər dəyişil-
miş şəkildə torpağın bir çox xassələrini özündə saxlayır. Lakin dağıdıcı proseslər davam etdikdə «qalıq» torpaq
xassələri də zəifləyir. Torpaq kütləsinin bir hissəsi eroziya (denudasiya) zamanı dəniz və okeanlara çataraq də-
niz çöküntü materialı əmələ gətirir.
Dostları ilə paylaş: |