Dünya torpaqlarının məcmuunu çox vaxt ekosferin xüsusi hissəsi kimi ayıraraq onu torpaq sferi və ya pe-
bioenergetik və biokimyəvi sistemdir. Pedosferin məhz bu xüsusiyyətləri təbii və antropogen ekosistemlərin
201
Torpaq –çoxkomponentli, lakin bütöv təbii törəmədir. O, yer səthində dörd geosferin (litosfer,
hidrosfer, at-
mosfer və biosfer) bir-birilə təmasda və qarşılıqlı təsiri olduğu yerdə əmələ gəlir.
Torpaq hər bir landşaftda geosferin elementlərilə, yəni bütövlükdə Yerlə sıxı bağlı olub maddələrin qlobal
biogeokimyəvi tsiklində aktiv rol oynayır.
Torpaq havası və atmosfer arasında mübadilə gedir. İnfiltrasiya, buxarlanma, axım və s. proseslər zamanı su-
yun torpağın daxilində hərəkəti, torpağın suyun qlobal dövranında aktiv iştirak etməsinə səbəb olur.
Bu zaman su torpaq məhlulunu əmələ gətirərək torpaqəmələgətirmə prosesində aktiv iştirak edir. Aşınma
proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral komponentlərinin mənbəyi hesab olunur.
Beləliklə torpaq, həm təbii cisim, həm dinamik sistem, həm də landşaftın bir hissəsi hesab edilir.
V.A.Kovdaya (1985) görə torpaq örtüyünün əsas funksiyaları aşağıdakılardır:
-
bioekoloji (torpaq canlı maddələrin yerləşdiyi və fəaliyyətdə olduğu yerdir);
-
bioenergetik (humus və digər üzvi maddələrdə günəş enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sa-
həsi);
-
azotun fiksasiya funksiyası və zülalların əmələ gəlməsi;
-
əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv agentlərin funksiyası;
-
Alt kristal süxurları xırda fraksiyalara çevirmə funksiyası (aşınma);
-
hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi);
-
meteroloji funksiya (atmosferin tərkib və rejiminin formalaşmasına aydın təsir göstərən sahə.).
Ekoloji problemlərin çoxu pedosferlə bağlıdır. Atmosferin kimyəvi dəyişməsi və onun yaratdığı nəticələr
maddələrin qlobal biogeokimyəvi tsiklində iştirak etməsindən asılıdır. Okeanların, kənar və daxili dənizlərin,
xüsusən sahil zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll olan və asılı kimyəvi maddələrlə
təyin olunur. Bütün bu maddələrin maye axınının formalaşmasında torpaq örtüyü və onun vəziyyəti olduqca bö-
yük rol oynayır.
Təbii ekosistemlərin vəziyyətinin və məhsuldarlığının dəyişməsi, xüsusilə meşəsizləşdirmə və səhralaşma
torpaq örtüyünün vəziyyətinə təsir göstərir, bu isə onun sonrakı məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Nəhayət, süni yaradılan və ya insan tərəfindən güclü dəyişikliyə uğrayan ekosistemlərdə (aqroekosistemlərdə)
baş verən ətraf mühit problemləri də torpaq örtüyünün vəziyyətilə sıxı surətdə bağlıdır.
Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük hissəsi aşağıdakı məhduddiyyətlərə görə əkinçilik
üçün yararsız, azyararlı və ya əlverişsiz sayılır. (buzlaqlar daxil olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl
11.1).
Cədvəl 11.1.
Quraqlıq 28%
Mineral tərkibin məhdud olması 23%
Torpağın yuxa olması 22%
Həddindən çox rütubətlik (bataqlıq) 10%
Daimi donuşluq 6%
Qeyd edək ki, torpaq bir neçə əlamətə görə azyararlı ola bilər. Odur ki, istifadə üçün yararsız torpaqların
ümumi cəmi cədvəldə göstərilənə nisbətən azdır. Belə qiymətlərdən birinə görə dünyada şumlama üçün yararlı
torpaqların sahəsi 32,8 milyon km
2
-dir. Bu isə qurunun ümumi sahəsinin 22%-ni təşkil edir.
İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992)
elmi işlərinə və fikirlərinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir:
Dostları ilə paylaş: