Volqa çayında biogen elementlərin və üzvi maddələrin
axınlarının çoxillik dəyişmələri
İllər
Fosfor, min. ton. Azot, min. ton.
Silisi-
um
turşu-
su,
min.
ton.
Üzvi
maddə,
mln.
ton.
mineral üzvi mineral üzvi
1960-1970 1,6
14,3 60,3 140,4 430,0
2,9
1971-1975 2,8
24,0 91,8 286,0 534,0
3,4
1976-1980 5,6
61,5 68,7 276
443,0
3,9
1981-1985 7,3
40,8 138,0 367
384,0
6,4
1986-1990 14,1
28,4 182,0 380,4 467,0
6,3
Xəzər dənizi şəraitində 1 kq fosfor və azotun 1000 kq-dan artıq plankton bakterialarının biokütləsini əmələ
gətirə bilməsi əmsalına əsaslansaq, orada antropogen evtrofikasiyanın intensivliyini təsəvvür etmək olar.
Şimali Xəzərin şimali – şərq hissəsində Ural çayının qarışdığı yerdə evtrofikasiya baş verir. Şimali Xəzərdə
suyun evtrofikasiyası ildən-ilə intensivləşir. Şimali Xəzərin qərb hissəsində bu prosesdə göy-yaşıl yosunlar bö-
yük rol oynayır. Burada bu yosunların miqdarı 40-45 mq/l-ə çatır. Göy-yaşıl, yaşıl, həmçinin diatom yosunların
«çiçəkləməsi» zamanı sap-zənciri və aqreqatlar əmələ gələrək, suyun şəffaflığını və ümumi oksigenin miqdarını
azaldır.
Məlum olduğu kimi evtrofikasiya zamanı asan minerallaşan üzvi maddələrin toplanması və bidestruktorların
miqdarının artması nəticəsində Xəzər dənizi ekosisteminin stabilliyi kəsgin pozulur. Bu zaman su kütləsi və dib
çöküntüləri yosun metabolitləri və mikroorqanizmlər tərəfindən parçalanan substratların aralıq məhsulları ilə
zənginləşir.
Şimali Xəzərin antropogen evtrofikasiyası hidrokimyəvi rejimi, suyun və dib çöküntülərinin kəmiyyət – key-
fiyyət tərkibini dəyişmişdir. 20 il ərzində (1968-1988 illər) suyun üst qatlarında ümumi mikroorqanizmlərin
miqdarı orta hesabla bütün sahələr üzrə 3-3,5 mln./ml, saprofit bakteriyalar 600-700 kl/ml artmışdır. (Salmanov,
1999).
Çayların (əsasən Volqanın) axınlarının, biogen elementlərin, alloxfon üzvi maddələrin artması təkcə Şimali
Xəzərin deyil, həm də bütün Xəzər dənizi üçün ekoloji təhlükə hesab olunur. Çünki antropogen evtrofikasiya və
onun nəticələri haqqında həyacanlı faktlar dənizin bütün şelflərində müşahidə edilir.
Orta Xəzərdə antropogen evtrofikasiya prosesləri hər yerdə baş verir, ən çox isə qərb şelfdə müşahidə olunur.
Dənizin qərb şelfində, Sumqayıt sahilindən başlayaraq cənuba doğru Ələt sahəsinə qədər, akvatoriyaların 25-
35 m izobata kimi 30 ildən artıq müddətdə fitoplanktonun, fito və zoobentosun kütləvi inkişafı sıxışdırılmışdır.
Regionun ibtidai fauna və florasının əsas nümayəndələrinin deqradasiyasının əsas səbəbi yuxarıda qeyd edildiyi
kimi dənizin ümumi çirklənməsi olmuşdur. Bununla belə intensiv antropogen evtrofikasiya Cənubi Xəzərdə də
baş verir. Bu proses çirkab suları ilə kontaktda olan zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nis-
bətən dayaz sulu zonalarda Sumqayıt, Pirallahı, Şıxov, Qaradağ-Ələt akvatoriyalarında qeyd olunmuşdur. Kür-
boyu, Kürburnu, Lənkəran və Astara sahələrində antropogen evtrofikasiya prosesi sahildən formalaşmağa başla-
yır.
Dostları ilə paylaş: |