10.6.5. Politsiklik aromatik karbohidrogenlər (PAK)
Xəzər dənizində ekoloji vəziyyətin gərginləşməsində neftlə yanaşı politsiklik aromatik karbohidrogenlər (PAK)
də ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-ın dəniz ekosistemlərin elementlərində toplanmasıdır. PAK-a
əsasən benzol həlqəsindən ibarət tsiklik fərdi karbohidrogenlərin geniş qrupu daxildir. PAK-ın çoxu konscerogen
və mutagen aktivliyə malikdir. Toksiklikdən başqa PAK-ın əsas təhlükəliliyi Xəzər dənizi ekosistemində onun mu-
togen meylli olmasıdır. Təsadüfi deyildir ki, PAK-ın ən kanserogenli sayılan 3,4 benzopirindir, o ətraf mühitə qiy-
mət verən indiqator hesab olunur. PAK –ın tərkibində 0, 20% təşkil edir.
PAK əsasən neft məhsullarının və üzvi maddələrin (kömür, oduncaq, bitum, polimer materialları) yanması,
emal və istifadə proseslərində əmələ gəlir. Dəniz mühitində PAK-ın təbii mənbələri qrifonlar, sualtı vulkanların
püskürməsi, hidroterm, həmçinin atmosfer yağıntıları vasitəsilə qurudan və sahil axınlarılə dənizə aparılmasıdır.
Dənizə daxil olan PAK-ın mənbələrindən 3-ü – çay axını, atmosfer axınları və şəhər axınları əsas sayılır. PAK-
ın böyük miqdarı dəniz mühitinə gəmiçilik tərəfindən daxil olur, onun orta statistik payı digər əsas mənbələrin
35-50 %-ni təşkil edir.
Şəhər aqlomeratlarında avtomobillərdən çıxan və sənaye qazları PAK –ın əsas kütləsini təşkil edərək atmos-
fer yağıntıları ilə çaylara və ya bilavasitə su hövzələrinə axır. Çoxlu əhalisi olan, sənaye cəhətdən inkişaf etmiş
dənizkənari şəhərlər bu baxımdan PAK-ın əmələ gəlməsində statistik mənbə sayılır.
Müəyyən edilmişdir ki, 1 m
3
qazdan (avtomobilin buraxdığı) 800-900 mkq-ya qədər 3,4 benzoprin ayrılır
(500 ml yanacağa). Ətraf mühit üçün təhlükəli PAK-a 17-dən artıq karbohidrogen daxildir, onlardan 7-si 3,4;
1,12; 1,2; 1,2-5,6; 3,4-9-10 benzoprin əsaslıdır.
Dostları ilə paylaş: |