MəMMƏdov qəRİb xəLİlov mahmud


Xəzərin neft və neft məhsullarilə çirklənməsi



Yüklə 4,78 Mb.
səhifə324/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   320   321   322   323   324   325   326   327   ...   751
10.6.4. Xəzərin neft və neft məhsullarilə çirklənməsi 

Bu bölmə M.Ə.Salmanovun (1999) tədqiqatlarına əsaslanaraq yazılmışdır. 

Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki – kimyəvi xassələrinə, də-

niz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. 

Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qal-

mışdır. 1950-60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası və neft emalı müəssisələrinin 

çirkab suları tökülən zonaya xas idisə, 1980-cı illərdə belə çirklənmə dənizin hər yerində yayılmışdır. 

Məlum mənbələrə  əsaslanan hesablamalara görə  Xəzər –xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 

milyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, 

gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə olduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini 

göstərək: 60-cı illərdə Xəzərin Orta və Cənub şelfində qəza nəticəsində dənizə 4000 ton, aylarla mənbədən sön-

məyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə Oqurçinsk 

adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43 q, 1995-ci ildə Cənubi və Orta Xəzərin 

sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə alınmışdır. Bakı bux-

tasında 5-7 m-dən çöküntülərin ətəyinə qədər qrunt neft məhsulları ilə doymuşdur. 

Digər çirkləndiricilərdən fərqli olaraq neft digər sahələrə asan keçir, nisbətən «uzunömürlüdür», çoxşəkilli-

dir. 1 kq neftin tam minerallaşması üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur (Salmanov, 1999). 

Neft məhsulları ilə çirklənmənin səciyyəvi əlamətləri mənbəyinin çoxluğu, ətraf mühitin demək olar ki, bü-

tün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması və s. –dir. 

Neftin həll olan və ağır komponentləri – fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik metal-

ları adsorbsiya edir, onların miqrasiyasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen rejiminə 

mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.  

Neftlə çirklənmə Cənubi Xəzərin qərb şelfində mühit şəraitini kökündən dəyişmişdir. Bakı – Abşeron arxipe-

laqının adalarının akvatoriyalarında 1961-ci ildən 1976-cı ilə kimi 15 il ərzində fitoplanktonun fotosintezinin il-

kin məhsulu 50 dəfə azalmışdır, Şimali Abşerondan Kür çayının mənsəbinə qədər, geniş Krasnovodsk körfəzin-

də, Çeleken yarımadasında fitobentos məhv edilmişdir. Neftlə çirklənmiş sahələr də demək olar ki, zoobentos-

dan məhrum olmuşdur. Bu sahələrin dib çöküntülərində anaerob proseslər dominantlıq edir. 

Neft və onun derevatları kükürd, azot, oksigen və digər birləşmələrin maddələri ilə karbohidrogenlərin mü-

rəkkəb təbii qarışıqlar  əmələ  gətirir. Neftin tərkibində göstərilən karbohidrogen qruplarından birinin üstünlük 

təşkil etməsindən asılı olaraq onlar metanlı, metanlı-naftenli, naftenli, aromatik və s. birləşmələrə bölünür. Nef-

tin tərkibində 250-yə yaxın yalnız fərdi sulfid birləşmələri təyin olunmuşdur, onlar ağır yüksək qaynayan fraksi-

yaların tərkibinə daxildir. Xam neftin tərkibinə  həmçinin turşular, efirlər, ketonlar, fenollar, müxtəlif metallar 

daxil olur. Neftin kimyəvi tərkibi hələ indiyə kimi tam məlum olmasına baxmayaraq hazırda 400-dən artıq fərdi 

karbohidrogenlər müəyyən edilmişdir. Neftin yuxarıda sadalanan komponent-birləşmələrindən aydın olur ki, o, 

su hövzəsi şəraitində, o cümlədən Xəzərdə çoxtərəfli təsir göstərir. Neftin toksikliyi çoxdan məlumdur və əksə-

rən onun tərkibi, fiziki-kimyəvi xassələri ilə təyin olunur. 

Şimali Xəzərin sularında neft oksidləşdirici bakteriyaların miqdarı orta hesabla 100-1000 kl/ml arasında də-

yişir. Bu bakteriyaların maksimum miqdarı Xəzərin qərb və şimali –şərq, minimum miqdarı isə mərkəzi hissə-

sində müşahidə olunur. Qərb şelfi boyu – Həştərxan körfəzi, Terek, Sulak çaylarının mənsəbləri daxil olmaqla 

Volqa çayından başlayaraq Mahaçqala şəhərinə kimi neft oksidləşdirən bakteriyaların miqdarı 2000 kl/ml-ə ça-

tır. Bu kəmiyyət həmçinin Ural çayının akvatoriyasında, fort-Şevçenko, Manqışlaq yarımadasının dayazlığında, 

Aktau şəhərinin yanında müşahidə olunur. 

Şimali Xəzərin mərkəzi dərinsulu hissəsində, xüsusən Ural şırımının akvatoriyasında neft oksidləşdirən bakteriya-

ların sayı 100 kl/ml-dən artıq olmur, qruntda neftoksidləşdirici bakteriyaların miqdarı çöküntülərin qranulometrik 

strukturu ilə korrelyasiya olunur. Onun maksimum miqdarı (20 min/ q-a qədər) Volqa-Xəzər kanalının qruntunda, 

çayların mənsəb hissələrində qeydə alınmışdır. 

Şimali Xəzərin çirklənməsi əsasən çay axınları və dənizdəki neft yataqları ilə əlaqədardır. 

Dəniz suyu səviyyəsinin qalxması sahildəki neft mədənlərinə məsafəni qısaldır və küləklərin tez-tez əsməsi

dalğalar mühafizə  bəndlərini yuyur, sahilyanı neft mədənlərini basır. M.Ə.Salmanovun (1983) tədqiqatlarına 

əsasən  Şimali Xəzərin sularında karbohidrogenlərin konsentrasiyası 0,43-16,0 mq/l arasında dəyişir. Sahənin 

mərkəzi hissəsində karbohidrogenlərin konsentrasiyası orta hesabla 0,11-0,20 mq/l təşkil edir. Bir qayda olaraq 

maksimum göstərici çay sularına və limanların akvatoriyasına xasdır, burada neft məhsullarının miqdarı müva-

fiq olaraq 1,46-2,07 və 9,4-10,3 mq/l təşkil edir. 

Orta Xəzərdə neftoksidləşdiricilərin miqdarı Şimali Abşeronla müqayisədə xeyli azdır və orta hesabla 200-

500 kl/ml təşkil edir. Onların zonal yayılmasında sıx (tez-tez) rast gəlinmə və maksimum miqdar Mahacqala, 

Kaspiysk, «Daq. oqni» və Dərbənd şəhərinin yanındakı akvatoriyalara xasdır, burada miqdar 1000 və daha çox 




 

196


kl/ml təşkil edir. Neftoksidləşdirici bakteriyaların müsbət yüksək miqdarı şərq sahillərində 20-25 m izobatda ay-

rılır. Belə ki, Bekdaş, Qara-Boğaz-Qol və Qarasenqirə yaxın, Qazax körfəzində neftoksidləşdiricilərinin miqdarı 

400-600 kl/ml təşkil edir. 

Neft məhsullarının konsentrasiyası qərb şelfin suyunda orta hesabla 0,34-0,44 mq/l, şərq şelfdə isə 0,66-1,34 

mq/l təşkil edir. Qərb şelfdə 10 m izobatda, Kaspiysk şəhəri yanında neft məhsullarının maksimum konsentrasi-

yası qeydə alınmışdır, bu bütövlükdə Orta Xəzər üçün maksimum sayılaraq 2,55 mq/l təşkil edir (Salmanov, 

1988). 

Cənubi Xəzər sularında neft məhsullarının konsentrasiyasının olçüsü daimi olmayıb geniş diapazonda – va-

hiddən yüzlərlə mq/l arasında tərəddüd edir. 

60-70-ci illərdə sahəsi onlarla km

2

 olan «neft adaları»na hətta mərkəzi – dənizsulu hissədə qeydə alınırdı. 



Bakı və Abşeron arxirelaqları adalarının kənar akvatoriyalarının bəzi yerlərində mazut yığımının qalınlığı 15-20 

sm-ə çatırdı. (Salmanov, 1975), neft və neft məhsullarının mənbəyi əsasən dənizin özündə olmuşdur, indi də bu 

mənbələr azalmamışdır. Dəniz buruqlarında, neft anbarlarında baş verən qəzalar daha çox ziyan yetirir, buruq-

lardan neftin dənizə axması adi hal olmuşdur.  

Cənubi Xəzərin neftlə çirklənməsində təbii və süni qrifonların, sualtı palçıq vulkanlarının püskürməsi də mü-

əyyən rol oynayır. 1986-cı ildə Bulla, Los, Səngi-Muğan adalarının akvatoriyasında 4 fəaliyyətdə olan qrifonla-

rın geniş sahəsində neftin miqdarı 0,94-2,08 mq/l təşkil etmişdir. 

Qrifonun epimərkəzindən 3,5-4 mill məsafədə suda karbon qazının konsentrasiyası normal dəniz suyuna nis-

bətən xeyli artıq olmuşdur, fenollar yol verilən həddi 600-800 keçmiş, suyun PH-i isə normadan 2,4 göstərici 

aşağı olmuşdur. 

Qeyd edək ki, antropogen neftlə çirklənmə indiki vaxt da davam etməkdədir və istehsalın eskalasiyası, kəş-

fiyyat işləri, «Böyük Xəzər neftinin» Xəzəryanı dövlətlərin bütün sektorlarında nəql edilməsi bu problemi daha 

da dərinləşdirir. 

Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə «ölü zona» adlandırılan bir sıra sahələr də mövcuddur. Bura Neft 

Daşları akvatoriyası, Bakı, Krasnovodsk buxtaları və Çeleken yarımadası sahilləri aiddir. Bu sahələrin sularında 

neftin miqdarı 1,26-3,83 mq/l-ə çatır. Neft Daşları qruntunda – Baş korpusun, Baş estakadanın (estakada boyu) 

yanında neftin miqdarı 24 q/ kq-a qədər, Jiloy adalarının zəif lillənmiş çöküntülərində, Pirallahı yarımadasında 

15-20 q/kq, Krasnovodsk körfəzi qruntunda (mərkəz) – 1,9, limanın yanında 123 q/kq, Çeleken yarımadasının 

yanında 46-57 q/kq-a çatır. 

Bakı buxtası əsl neft məhsullarının «anbarıdır». Burada qrunt 3,5-5-7 m dərinlikdə neft məhsulları ilə doy-

muşdur. M.Ə.Salmanovun (1975) tədqiqatları göstərdi ki, üst 20-25 sm qatda neft məhsullarının miqdarı ümumi 

çəkinin 67 %-ni təşkil edir. 

Qruntun neft məhsulları ilə doyması həmçinin Cənubi Xəzərin adalarına, Pirsaat silsiləsi və Qaradağ sahəsi-

nə də xasdır, burada neftin konsentrasiyası su səthində 0,43-1,26 mq/l, qruntda isə 0,63-2,3 q/kq təşkil edir. 

 



 

197



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin