Øÿêèë 10.2. Õÿçÿð äÿíèçè ñÿâèééÿñèíèí òÿðÿääöäö
(”Vestnik kaspya”, 1996, №1)
Xəzər dənizinin səviyyəsi il ərzində də dəyişir, buna mövsüm dəyişməsi deyilir, bunun səbəbi il ərzində gəlir
və çıxarın müxtəlif miqdarda paylanmasıdır. Belə ki, il ərzində aprel, may aylarında, bəzən iyunun ortalarına qə-
dər çay axımlarının və dəniz səthinə düşən atmosfer yığıntılarının çox olmasilə əlaqədar dənizdə səviyyənin
qalxması, iyul, avqust aylarında isə çay axımının azalması və su səthindən buxarlanmanın artması ilə bağlı ola-
raq səviyyənin enməsinə səbəb olur.
Xəzər dənizində qısa müddətli dəyişmələr küləyin təsiri nəticəsində onun sularında yaranan qovulma – gəti-
rilmə dövranı ilə əlaqədar olan səviyyə dəyişmələridir. Küləyin təsiri nəticəsində yaranmış axınlar müvəqqəti
olaraq su kütləsini dənizin bir sahəsindən digərinə qovaraq su səthindəki tarazlığı pozur. Bu hadisə Xəzərin bü-
tün sahil zonasında, ən çox isə dənizin şimal və qərb rayonlarında baş verir. Belə tərəddüdlərin davam etmə
müddəti 3-27 saat, təkrarlanması isə ayda 1-5 dəfədir. Sahil zonada səviyyə 2-3 m-ə qədər qalxa bilir.
Xəzər dənizində ritmik dəyişmələr – qabarma-çəkilmə dalğalarının hündürlüyü çox kiçik olub 2-6 sm təşkil
edir, şimaldan cənuba doğru artır. Bu hadisə dənizdə atmosfer təzyiqinin müxtəlif səbəblərdən kəsgin dəyişmə-
silə əlaqədar 2-5 sm hündürlüyündə seyş dalğaları da yaranır.
Dostları ilə paylaş: |