Torpağın bioloji funksiyası - onun canlı orqanizmlərinin, mezo və mikrofaunasının kəmiyyətcə xarakteristi-
kası ilə səciyyələnir. Mikroorqanizmlər aktinomisetlər (şüalı göbələklər), bakteriyalar, azot bakteriyaları və me-
zofauna (o cümlədən torpaq soxulcanı) miqdarına görə müxtəlif torpaq tipləri bin-birindən kəskin ayrılır. Bütün
bu canlı orqanizmlər torpaqəmələgəlmə proseslərində, torpağın münbitliyində böyük rol oynayır.
Biogeokimyəvi funksiya -torpağın üst qatlarında biofil elementlər, o cümlədən mikroelementlərin toplanma-
sına şərait yaradır, torpağın akkumulyasiya rolu olmasaydı, onların çoxu yer qabığında və hidrosferdə «səpələ-
nər» və biologi dövrandan çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967) irəli sürmüşdür. Torpaqda üzvi karbon
humus formasında konsentrasiya olunur. Biofil element olan azotun miqdarı (ümumi azot) humus kimi torpağın
aşağı qatlarına doğru azalır. Fosfor mühüm və çox defisit biofil və aqrofil element hesab olunur. O, canlı orqa-
nizmələr –bitki, heyvan, insan tərəfindən çox istifadə edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır.
Dostları ilə paylaş: |