Şəkil 12.6. Səhralaşmanın inkişafının əsas faktorları və səbəbləri
Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun illik
məbləği 16 mlrd. dollara yaxın təşkil edir.
Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaş-
ma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə-
də olmasını ayırd etmək çətindir.
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriy-
yəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75% -ni
təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%- i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf
olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i transpi-
rasiyaya sərf olunur.
Səhralaşma prosesinə hədsiz mal-qara otarılması da böyük təsir göstərir. Bu zaman əvvəlcə tədricən otlağın
vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə səh-
ralaşma prosesinə zəmin yaranır.
Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir.
Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri şoran-
laşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-rı şorlaşaraq sıra-
dan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada 13%
təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35%-
ə çatır.
231
Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən quraq-
lıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axımları azal-
mış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1918-1973-cü illər) 250 mindən artıq
yerli əhali acından ölmuş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavrataniyada mal-qaranın 90%-i qı-
rılmışdır.
Dostları ilə paylaş: |