Səhralaşmaya qarşı mübarizə
1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nın keçirdiyi Beynəlxalq konfransda «Səhralaşma-
ya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid olub 26 təklif
irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin genişlənməsinin
qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata keçirilə bildi.
Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd. dollar) tələb olu-
nur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə qədər uzadıldı.
Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal masştabda qarşısı-
nın alınması, səmərəli istifadə etmək üçün səhralaşmış ərazilərin bərpası olmuşdur. Planın son məqsədi ekoloji
imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir.
Dostları ilə paylaş: |