12.10. Azərbaycanda səhralaşma problemi
Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin
təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-300 mm arasında tərəddüd edir, səthi buxar-
lanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir.
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaç-
qın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçi-
nin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəti-
cəsində antropogen səhralaşma prosesi güclənmişdir.
Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada apardığımız tədqiqatlar
göstərir ki, bitki və torpaq örtüyünün səhralaşmasının (və ya deqradasiyası) istiqaməti və intensivliyini yaradan
səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədar-
dır. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:
1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-
qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş vermişdir.
2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-
kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi torpağın şor-
laşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.
3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara
otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün
deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən şorlaşma və sürüş-
mə hadisəsinin yaranması istiqamətində gedir.
Qeyd edildiyi kimi Şirvanın ovalıq hissəsində səhralaşma prosesi əsasən suvarma işlərinin aparılması ilə
əlaqədardır. Yeri gəlmişkən qeyd edək ki, Şirvan düzündə suvarma işləri hələ Girdiman dövləti dövründə geniş
inkişaf etməyə başlamışdır.
O vaxt suvarılan torpaqlarda taxıl, üzüm və başqa kənd təsərrüfatı bitkiləri becərilirdi. Lakin VIII-XII
əsrlərdə burada olan suvarma sistemlərinin çoxu dağılmışdır. XV əsrdən sonra Şirvan düzündə suvarma işləri
yenidən inkişaf etməyə başlamışdır. Suvarma sistemlərinin dövri olaraq dağılması və yenidən qurulması
ərazinin təbii şəraitinin - relyefi, bitki örtüyü və torpağın kökündən dəyişməsinə səbəb olmuşdur. XIX əsrin
axırında suvarma işləri sürətlə genişlənmişdir.
232
Cədvəl 12.3.
Dostları ilə paylaş: |