MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə563/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   559   560   561   562   563   564   565   566   ...   751
niz inəyi aşkar edilmişdi. Bu heyvan aşkar ediləndən yarım əsr sonra, yəni artıq 1768-ci ildə onlar dənizçilər və 

sənaye işçiləri tərəfindən məhv edilmişdi. Hazırda onların skelet qalıqları və dəriləri qalmışdır. 

Morjların da sayı olduqca azalmışdır. 1956-cı ildən Arktikada onun ovlanması qadağan olunmuşdur. Kalan 

və ya dəniz susamuru çox az miqdarda Komandar, Kuril və Aleut adalarında qalmışdır. 

Keçmiş yüzilliklərdə  və hazırkı dövrdə planetimizin heyvanat aləmində baş verən dəyişikliklərlə J. Dorstun 

(1968) kitabında  ətraflı tanış olmaq olar. Bu kitabda müxtəlif ölkələrdə  təbii resursların vəziyyəti və istismarı 

haqqında geniş faktiki material verilir, ayrı-ayrı heyvan növlərinin sayının azalması və yox olması təhlil olunur. 

Heyvanların sayının azalması və məhv edilməsinin səbəblərindən bir ovçuluqdur. İlk növbədə sənaye qiymətli 

heyvanlar məhv edilir. Heyvanların yaşayış şəraitinin dəyişməsi də baş vermişdir. Bu dəyişgənlik ilk növbədə 

meşələrin qırılması  və onunla əlaqədar müşayiət olunan təbii tarazlığın pozulmasıdır. Təsadüfi və bilərəkdən 

bitki və heyvanların introduksiyası bəzi hallarda mənfi nəticələr vermişdir. Kənardan gətirilmiş orqanizmlər  xü-

susilə ada ekosistemlərində böyük pozuntulara səbəb olmuşdur. 

Beynəlxalq Təbiəti mühafizə ittifaqı (BTMİ), xüsusi Beynəlxalq «Qırmızı kitab» tərtib etmişdir. Bura məh-

volma təhlükəsi olan və nadir heyvan növləri daxil edilmişdir. Kitabın  I cildi məməlilərə həsr olunmuşdur. Bu-

ra 236 növ və 292 yarımnöv; II-cildə 287 quş növü (341 yarımnöv); III- cildə 36 suda-quruda yaşayanlar və 119 

sürünən heyvanlar daxil edilmişdir;  IV cild nadir balıq növlərinə; V-cild isə bitkilərə həsr edilmişdir. BTMİ-nin 

tərtib etdiyi bu Qırmızı kitab heyvanat aləminin qorunmasında bəşəriyyət qarşısında mənəvi-əxlaqi məsuliyyət 

daşıyır. Lakin bu kitaba dünyanın ayrı-ayrı ölkələrində  məhv olmaq təhlükəsi qarşısında qalan bütün heyvan 

növləri daxil edilməmişdir. Odur ki, bir sıra ölkələp, o cümlədən Azərbaycan Respublikası özünün “Qırmızı Ki-

tabını” yaratmışlar. Respublikamızın “Qırmızı kitabına” daxil olan heyvan və bitki növləri haqqında “Bioloji 

müxtəliflik”””“ bölməsində məlumat verilir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   559   560   561   562   563   564   565   566   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin