MəMMƏdov qəRİb xəLİlov mahmud


 Azərbaycanın heyvanat aləmi



Yüklə 4,78 Mb.
səhifə564/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   560   561   562   563   564   565   566   567   ...   751
 

16.1. Azərbaycanın heyvanat aləmi 

Vaxtilə respublikamız  heyvanat aləmi ilə çox zəngin olmuşdur. İnsanların mənfi təsiri nəticəsində heyvanla-

rın sayı olduqca azalmışdır. Eramızdan əvvəlki minillikdə Qafqazda, o cümlədən Azərbyacanda kərgədan, nə-

həng maral, pələng, şir, mağara kaftarı və s.heyvanların nəsli kəsilmişdir.  XX əsrin əvvəlində bəbir adi yırtıcı 

bir heyvan sayılırdısa, indi ona çox az təsadüf olunur. Mağara kaftarı hələ paleolik insanların təsirindən sıra-

dan çıxmışdır, zolaqlı kaftar isə son 70 ildə intensiv ovlandığından nəsli kəsilmək üzrədir, çöl pişiyinin də sayı 

kəsgin azalmışdır.  

H. K.Vereşaqinin (1947) məlumatına görə 1949-cu ilə qədər hər il Azərbaycanın ərazisindən  212 ayı, 

969 canavar, 9398 çaqqal, 22122 tülkü, 5549 porsuq, 1612 daşlıq və meşə dələsi, 3625 qamışlıq pişiyi, 63620 

dovşan, 1817 qafqaz sincabı, 17280 süleysin, 166 köstəbək, çay suiti və vaşaq tədarük olunurdu. Bu isə heyva-

nat aləminə öz acı nəticəsini göstərmişdir. 



 

337


Hazırda respublikamızda 11 məməli növü, 5 sürünən növü, 21 həşərat növü məhv olmaq təhlükəsi altında ol-

duqları üçün Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Nəsli kəsilmək təhlükəsi olan heyvanlardan  nəcib 

maral, ceyran, köpgər, cüyür, Dağıstan təkəsi, tirandaz, gəlincik, çöl pişiyi, çay samuru, quşlardan harayçı ququ-

şu, qırmızıdöş qaz, sultan toyuğu, qırqovul, turac, boz kəklik, iri arıquşu, ağ leylək və s. göstərmək olar. 

İndi isə  respublikamızın ayrı-ayrı regionlarında yaşayan heyvanat aləmi ilə tanış olaq. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   560   561   562   563   564   565   566   567   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin