400-650m hündürlükdə yerləşir. Sahəsi 12634ha-dır.
pleksini qorumaqdır. Qoruq ərazisinin 6445ha meşə ilə örtülüdür. Meşəsiz sahələr 3368ha olub onun 98%-i
yarğan və bedlendlərdir. Ərazi kəsgin parçalanmış relyefə malik olduğu üçün şiddətli eroziyaya məruz qalmış,
Türyançay qoruğunun ərazisində yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Ərazidə meşə ilə örtü-
lü sahə 6545ha (51,8%), meşə ilə örtülü olmayan sahə 2720ha (21,5%) təşkil edir. Ərazidə ən çox ardıc
(4640ha-71%), saqqızağac (1140ha-17,4%) üstünlük edən meşələr yayılmışdır. Onlara tək-tək iberiya palıdı və
356
nar, sarağan, acılıq kolları geniş yayılmışdır. Çay vadilərində qızılağac, ağyarpaq qovaq, uzunsaplaq palıd, sö-
yüd ağacları bitir.
Qoruqda saqqız-ardıc meşələri altında qəhvəyi-meşə, seyrək meşəliklər və kolluqlar altında boz-qəhvəyi, yarım-
səhra ot bitkiliyi altında qonur, çayyatağında allüvial-çəmən torpaqları yayılmışdır.
Türyançay qoruğunda qaban, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli heyvanlar
məskən salmışdır. Sürünənlərdən müxtəlif ilanlara, kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çox yayıl-
mışdır. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş, Asiya kərkəzi, leşyeyən qartal, qara kərkəz, sərçə-
lər, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmir quşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır.
Burada oktyabr ayından başlayaraq Böyük Qafqazın cənub yamacından bir çox məməlilər və quşlar qışlayır.
Dostları ilə paylaş: