18.4.1. QORUQLAR
Zaqatala qoruğu
Zaqatala qoruğu 1928-ci ildə yaradılıb. Onun başlıca vəzifəsi əhatə etdiyi ərazinin təbii kompleksini, xüsusi-
lə fauna və florasını mühafizə etməkdir. Sahəsi 23844 ha-dır. Qoruq Böyük Qafqazın Cənub yamacının qərb
hissəsində yerləşib şimaldan suayırıcı silsilə ilə Dağıstanla, qərbdə Mazımçayla (Gürcüstan), Şərqdən Baş Qaf-
qaz silsiləsinin Qudor və Nohurbaşı zirvələrilə, cənubdan isə Zaqatala və Balakən meşə təsərrüfatları ilə sərhəd-
dir. Ərazisi dəniz səviyyəsindən 3646m (Quton zirvəsi) –dən 560m-ə qədər enir.
Qoruğun ərazisi mürəkkəb relyef quruluşuna malik olub dağlıqdır. Burada Ağkamal, Qass, Reçugel, Piçigel,
Xalagel, Ruçuq, Dingilo və s. dağ silsilələri Baş silsilədən ayrılıb cənub-qərbə doğru uzanır. Burada Quton
(3646)m. Qudor (3450)m, Qoridağ (3330)m, Kono (3300)m kimi dağ zirvələri mövcuddur.
Qoruğun 95,4%-ni meşələr və çəmənlər tutur, ərazinin 4,5% qayalıq, uçqunlardan ibarətdir. Qoruğun ərazi-
sində çoxlu bulaq və çaylar, hündürlüyü 20m-ə çatan şəlalələr, kanyonlar vardır. Qatex və Balakən çayları ən
böyük çaylar sayılır.
Alp və subalp çəmənləri qoruqda 6,7min ha (28%) təşkil edir. Qoruq ərazisinin 67,4%-ni meşə sahəsi tutur.
Meşə ilə örtülü sahənin 85%-i fısdıq, 9,4%-i palıd, 3,2%-i vələs, 2,1% ağcaqayın üstünlük təşkil edən meşələr
tutur. Nadir kol cinslərindən qafqaz rododendronu, sarı rododendron və qaragiləyə respublikamızda əsasən Za-
qatala qoruğunda rast gəlinir.
Qoruğun alp və subalp çəmənləri altında dağ-çəmən torpaqlarının müxtəlif yarımtipləri, çəmən-meşə torpaq-
ları, meşə ilə örtülü sahələrdə isə qonur dağ-meşə torpaqları yayılmışdır.
Zaqatala qoruğu heyvanlar aləmi ilə də zəngindir. Burada məməli heyvan növlərinin 32, quş növlərinin isə
86-na rast gəlinir. Cütdırnaqlılar 5 növ, yırtıcılar 11 növ, gəmiricilər 10 növ, həşaratyeyənlər 5 növ və həşərat
dəstəsinin nümayəndələri vardır. Ərazidə geniş yayılan ov heyvanlarından təkəni (dağ keçisi), nəcib Qafqaz ma-
ralı, Qafqaz köpgəri və Avropa cüyürlərini göstərmək olar. Qoruqda vəhşi heyvanlardan Qafqaz qonur ayısına,
canavara və s. rast gəlinir. meşə və daş dələlərinə çox, vaşağa isə az təsadüf olunur.
Qoruqda quşlar çoxdur, burada sərçəkimilər dəstəsinin 59, yırtıcı quşların 15, ağacdələnkimilərin 6, toyuqki-
milərin 4, bayquşkimilərin 4, göyərçinkimilərin 3, ququşukimilərin, hop-hopların, keçisağankimilərin və göycə-
qarğakimilərin hər birinin 1 növü yayılmışdır. Qoruqdakı təkə, qonur ayı, köpgər, muflon, qafqaz tetrası və qaf-
qaz ularının adı Qırmızı kitaba salınmışdır.
|