MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə599/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   595   596   597   598   599   600   601   602   ...   751
18.3. Milli parklar (MP) 

Hazırda milli parklar dünyada təbii ərazilərin qorunmasının ən əsas forması sayılır. 

İlk dövrlərdə bir sıra ölkələrdə MP-lar yalnız təbiəti mühafizə məqsədi daşıyırdı və bu sahədə onlar olduqca 

böyük rol oynamışlar. Belə ki, Afrika, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada iri heyvanlar, quşlar və 

qiymətli bitki növləri MP-ların yaradılması nəticəsində xilas edilərək indiyə kimi qalmışlar. 

Lakin son 50 ildə turizm formasında rekreasiya adlanan istirahət forması bütün dünyada inkişaf edərək bö-

yük əhəmiyyət daşıyır. Mövcud MP-ra il ərzində yüz milyonlarla  adam axışıb gəlir. Məsələn, Amerikanın MP-

rına il ərzində bir neçə yüz milyon, Afrikanın MP-rına isə 10 milyonlarla adam gəlir. Milli Park termini ilk dəfə 

1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. MP  Cənubi Amerikada 1903, Braziliyada 1919, Fransada 



 

353


1913, İsveçrədə 1914, İspaniyada 1915-ci illərdə və s. ölkələrdə təşkil olunmuşdur. Hazırda dünyada 3000 –dən 

arıq MP mövcuddur. Bəzi  MP-rın  sahəsi 1mln ha-rı keçir. Ən böyük MP «Qrenlandiya» MP-ı hesab edilir, sa-

həsi 7,5 mln ha-dır. 

ABŞ-ın MP-rından ildə 10 milyarddan artıq,  Keniyanın MP-ından isə ildə 100 milyon dollardan artıq gəlir 

əldə edilir. İnsanların MP-ra güclü axımı təbii ekosistemlərin dağılmasına («turizm eroziyası») gətirib çıxarır, 

MP-rın iki vəzifəsi- təbiəti mühafizə və rekreasiya arasında kəsgin qarşıdurma yaranır. 

Buna baxmayaraq MP düzgün təşkil olunduqda olduqca böyük təbiəti mühafizə əhəmiyyəti daşıyır. MP-ın 

təbiəti mühafizə funksiyalarını yerinə yetirməsi üçün orada təbii landşaftların, bitki örtüyünün, heyvanat aləmi-

nin və digər obyektlərin qorunub saxlanılması üzrə bir sıra tədbirlərin görülməsi  təmin olunur, bu tədbirlər həm 

də MP-a gələnlər üçün cəzbedici olmalıdır, bunun üçün iki mühüm şərtə diqqət yetirməlidir: park üçün yerin 

düzgün seçilməsi və mühəndis- bioloji vəzifənin həlli. MP-ların yaradılması işində mühəndis-bioloji  vəzifələr 

çoxcəhətli və mürəkkəb olub xeyli vaxt tələb edir. Bu vəzifələr aşağıdakılardır: 

3) MP-ın ərazisinin zonaları (hissələri) elə ayrılmalıdır ki, (qoruq, yasaqlıq, ekspozisiya nümayiş  və məişət 

xidməti təsərrüfat sahələri və s.) landşaftların və müxtəlif obyektlərin qorunub saxlanılmasına  qarant verilsin, 

həm də parka gələnlər üçün maksimum  əyanilik və rahatlıq yaransın. 

Kütləvi istirahət üçün ayrılmış  şəhərətrafı istirahət zonasından fərqli olaraq MP-a qrupla və  fərdi gələnlər 

ciddi reqlamentlə qəbul olunur. 

MP-ın ərazisində gəzintini təşkil edərkən rekreasiya yükü əsas təsərrüfat norması sayılır, ona riayət edilməsi 

parkın təbii landşaftlarının yaxşı qorunub saxlanılmasına qarant verir. Bu yük (norma) parkın rejiminə riayət 

edərək vahid sahədə maksimum miqdarda gələnlərin müəyyən ərazidə qalmasına imkan yaradaraq parka heç bir 

ziyan yetirmir. rekreasiya yükü yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti (dərəcə-

si) ilə müəyyənləşdirilir. 

MP-ın ərazisində gəzinti qadağan edilən qoruq sahələri, yasaqlıqlar ayrılmalıdır. 

Qoruqlar canlı  təbii laboratoriya sayılır. Qoruq ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılmasına icazə 

verilir. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol  sahələrdə mü-

rəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir.  Əldə olunan nəticələr təbii mühitin pozulma 

dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır. 

Milli  Park daxilində yasaqlıqların başlıca vəzifə və funksiyaları ərazinin təbii heyvan, quş və bitkisini qoru-

yub saxlamaqdan ibarətdir. Burada adətən yalnız MP-ra gələn piyadalara (mühərriksiz) az vaxt ərzində kiçik 

marşrutlarla gəzintisinə icazə verilir. 

Azad hərəkət (gəzinti) icazə verilən zonada park növlü xidmət sahələrinin təşkilinə icazə verilir. Bu zonada 

bir tərəfli torpaq yolu, dayanacaq yeri, baxış (nümayiş) meydançaları və s. ayrılır. 

Parkın girişində yol kənarında kiçik miqyaslı məişət xidməti mərkəzi yaradılaraq  içki çadırları qurmağa, ma-

şın dayanacağına icazə verilir. Kapital tikintilər, o cümlədən mehmanxana kompleksləri, motellər və s. adətən 

parkdan kənarda yerləşdirilir. Böyük MP-ın ərazisində gecələmək üçün yerlər (çadır qurmaq üçün yerlər, ocaq 

qalamaq üçün sahə, odun ehtiyatı və s.) ayrıla bilər. 

Beləliklə MP nə mədəniyyət və istirahət parkı, nə kütləvi istirahət zonası, nə də zooloji, botaniki park deyil-

dir. Bununla belə MP-ın azad gəzinti zonasında yerli flora və fauna nümunələrini nümayiş etdirmək məqsədilə 

kiçik zooparklar və botanika bağları salına bilər. 

Azərbaycan Nazirlər Soveti 1982-ci ildə dövlət qoruqlarının və MP-ın yaradılması haqqında qərar qəbul edə-

rək Azərbaycanda ümumi sahəsi 213 min ha olan  4 MP-ın (Şahdağ, Murovdağ, Burovar və Qobustan M. P.-rı) 

yaradılmasını irəli sürmüşdür. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   595   596   597   598   599   600   601   602   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin