18.2. Yasaqlıqlar
Yasaqlıq təbiətin ən qədim mühafizə forması hesab olunur. Qoruqdan fərqli olaraq yasaqlıqlar hansı təşkila-
tın ərazisində yerləşirsə həmin təşkilata baxır, məsələn, fermer, meşə təsərrüfatı və s. Yasaqlıqlar daimi və mü-
vəqqəti (10 ilə qədər) ola bilər. Yasaqlıq ərazisində qoruq rejimi qoruqlara nisbətən zəif olur və orada elmi-təd-
qiqat işi aparılmır.
Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, yasaqlıqlarda istirahət evləri, turist bazaları tikilir.
Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla
davranmalıdır. Yasaqlıqlarda ovetmə, balıq tutmaq, yer şumlama, meşə qırma işi, mal-qara otarma, giləmeyvə,
göbələk yığma ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbiət komp-
leksi deyil, onun ayrı-ayrı komponentləri qorunur. Keçmiş SSRİ-də qiymətli və relikt bitki növlərini, landşaftı
qorumaq üçün meşə, botaniki, zooloji, ornitoloji, balıqçılıq, ovçuluq, botaniki- geoloji və s. yasaqlıqlar yaradıl-
mışdır. Yasaqlıqlar ərazisinə görə çox böyük olub iri təbiət kompleksini qorumaq üçün yaradıla bilər. O, ayrı-
ayrı quş kaloniyası, qiymətli bitki sahəsi, qarışqa sahəsini qorumaq məqsədilə yaradıldıqda sahəsi çox kiçik ola
bilər. Ən iri yasaqlıq Alka-ata yasaqlığı olub sahəsi 800 min hektardır. Bir neçə misal gətirək.
1.
Çelyabinski vilayətində kompleks «Karaqaysk bor» yasaqlığı. Sahəsi 16 min ha-dır. Burada sığın, tülkü,
dovşan, Sibir xoruzu, tetra quşunun ovlanması qadağan olunur.
2.
Litvanın şərqində kəpənək yasaqlığı. Burada məktəblilər sədəfli kəpənəklər kaloniyası müşahidə edərək
Litva Akademiyasının Zoologiya institutuna xəbər vermiş və ora yasaqlıq elan edilmişdir.
3.
Novqorod vilayətinin Okulov meşəçiliyində qarışqa yasaqlığı.
4.
Qiymətli, relikt, nadir ağac, ot bitkilərindən ibarət meşə və bozqır sahələrində botanika yasaqlıqları vardır.
Son vaxtlar müalicə otlarından ibarət yasaqlıqlar da yaradılmışdır. Burada müalicə otları ilin müəyyən vaxtlarında
və yalnız xüsusi icazə ilə yığıla bilər.
5.
Geoloji paleontoloji yasaqlıqlar nadir mağaralar, qazıntı flora və faunanın qalıqları, səthə çıxan dağ sü-
xurları, qəribə qayalıq formaları və s. Keçmiş SSRİ- ərazisində 3 mindən çox yasaqlıq olub sahəsi 20 mln hekta-
ra yaxındır.
Dostları ilə paylaş: |