Azərbaycan çox müxtəlif təbii-coğrafi şəraitə, olduqca zəngin və füsünkar təbiətə malikdir. Ərazisinin yarı-
dan çoxu dağlıq relyef forması olub (60%) bura Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları daxildir, yüksək-
lik fərqi böyük olub Xəzərsahili ovalıq dəniz səviyyəsindən aşağıda (-26m) olduğu halda ən yüksək zirvə Ba-
zardüzünün yüksəkliyi 4480 m-dir. Böyük Qafqazda iki dağ silsiləsi: Bazardüzü zirvəsilə Baş və yaxud Suayırı-
ləridir. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir.
Respublikanın düzən ərazisini əsasən Kür-Araz ovalığı tutur. O, respublika ərazisinin
tropik, mülayim və soyuq iqlim tiplərinin formalaşmasına şərait yaratmışdır. respublikamızda 9 iqlim qurşağı
Azərbaycan sıx çay şəbəkəsinə malik olub ərazisində irili-xırdalı 8400-ə qədər çay vardır. Kür və Araz çay-
ları, nəinki respublikamızın, hətta Qafqazın ən iri çayları sayılır. Samur çayı da nisbətən iri çay hesab olunur.
354
Azərbaycan respublikası ərazisində buzlaq mənşəli (Tfangöl), uçqun mənşəli (Göygöl və b.), çay-dərə mən-
şəli (Ağgöl, Sarısu və b) şorsulu (Böyükşor və b.) 250-yə qədər göl vardır.
Torpaq örtüyü yüksəklik qurşağına tabe olaraq dəyişir. Düzən ərazilərdə boz torpaqların müxtəlif növləri,
onların duzlaşmış yarımnövləri, 200m-dən 500 (600) m-dən şabaladı torpaqlar, 500m-dən 2000 (2300)m-dək
şabalıdı torpaqlar, dağ-qara torpaqları, qəhvəyi dağ-meşə və qonur dağ-meşə torpaqları, bundan yuxarıda dağ-
çəmən torpaqları, Lənkəran ovalığında və dağətəyi zonasında podzol və bataqlaşmış sarı torpaqlar yayılmışdır.
Azərbaycan Respublikası bitki örtüyü ilə zəngindir, ərazidə 4300-ə qədər ali, sporlu və çiçəkli bitki növü
olub, onların 240-a yaxını endem növ sayılır.
Respublikanın ovalıq hissəsində 200m hündürlüyədək yarımsəhra və bataqlıq bitki tipləri, 200m-dən 600-
700 (1000) m-dək əsasən meşədən sonra bozqırlar və kolluqlar, bundan yüksəklik ərazilərdə – 1800-2200
(2300) m-dək meşələr, 2000 (2300)m-dən yuxarılarda isə alp və subalp çəmənləri yayılmışdır.
Respublikada meşə ilə örtülü sahə 960min ha olub ümumi ərazinin 11%-ni təşkil edir, onun da 90%-i dağ ya-
maclarında yerləşir. Respublikamızda 435 ağac və kol növü bitir, onun 70%-i endem növ sayılır. Meşə ilə örtülü
ərazinin 86%-indən çoxunu üç ağacın üstünlüyü təşkil edir(fıstıq, palıd, vələs) Bundan başqa meşələrimizdə ağ-
caqayın növləri, cökə növləri, qızılağac növləri, qovaq və söyüd növləri, qarağac və yalanqoz və s. ağaclar ya-
yılmışdır, 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. (qaraçöhrə, eldar şamı, qarmaqvarı şam, ardıc növlə-
ri) Dəmirağac, ipək akasiyası, şabalıdyarpaq palıd, azatağacı, qafqaz xurması, yalanqoz, şümşad və s. üçüncü
dövrün nadir ağaclarıdır.
Respublikamız heyvanat aləmi ilə də zəngindir. Burada 99 növ məməli, 360 quş növü, 54 sürünən növü, 9
suda-quruda yaşayan, 14min həşərat növü və 123 balıq növü vardır. Azərbaycan respublikasının «Qırmızı kita-
bına» 108 heyvan, 36 quş, 13 suda-quruda yaşayan və sürünən, 5 balıq və 40 həşərat növü daxil edilmişdir.
Respublikamızın ərazisi filiz, qeyri filiz və yanacaq mənşəli faydalı qazıntılarla zəngindir. Burada zəngin
neft və qaz yataqlarından başqa filiz yataqları – dəmir, manqan, titan. xromit, mis, kobalt, polimetal, qızıl, gü-
müş, molibden və s. yataqlar müxtəlif tərkibli müalicə əhəmiyyətli mineral sular və termal bulaqlar mövcuddur.
Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək
təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış land-
şaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rek-
reasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar
yaradılmışdır.
Dostları ilə paylaş: