Qarayazı qoruğu
Qoruq Ağstafa rayonu ərazisində Kür çayının sol sahilində əsasən Qarayazı düzündə yerləşir. Sahəsi 4855ha-
dır. Qoruq ərazisinin 40,9%-ni (1986) meşə ilə örtülü sahə, 11,8%-ni seyrəkliklər, 30,8%-ni meşə ilə örtülü ol-
mayan sahə, 28,3%-ni meşəsiz sahələr (o cümlədən su sahəsi 7,8%, qumluqlar 9,8%, bataqlıqlar 7,5%) tutur.
Meşə ilə örtülü sahə əsasən uzunsaplaq palıd (42,8%) və qovaq meşəliyindən ibarətdir. Kür çayının təsirilə
qrunt suyunun səthə yaxın olması qoruq ərazisində allüvial-bataqlıq, allüvial-çəmən, allüvial çəmən-meşə və çə-
mən şabalıdı torpaq tiplərinin yaranmasına şərait yaratmışdır.
Qarayazı qoruğu heyvanat aləmi ilə zəngindir. Burada maral, qunduz, dələ, gəlincik, dovşan, qaban, tülkü,
çaqqal, porsuq, çöl pişiyi, süleysin və s. heyvanlar məskunlaşmışdır. Bura daimi yaşayan və köçəri quşlarla da
zəngindir. Quşlardan qırqovul,göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın, ördək, su fərəsini göstərmək
olar.
Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və
kərtənkələlər vardır. Kürdə şamayı, çapaq, naxa, şirbit və s. balıqlar çoxdur.
Qoruğun yaranmasında məqsəd mövcud tuqay meşələrini və onun heyvanat aləmini qoruyub saxlamaq, güc-
lü deqradasiyaya uğramış meşə sahələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək, didərgin düşmüş heyva-
nat aləmini qoruğa cəlb etməkdən ibarətdir.
Dostları ilə paylaş: |