Qaragöl (İşıqlı Qaragöl) qoruğu
Qaragöl dövlət qoruğu 1987-ci ildə yaradılmışdır. O, Kiçik Qafqazın Qarabağ vulkanik yaylasının cənub his-
səsində Böyük İşıqlı dağının (3553m) yamacında 2700m yüksəklikdə Laçın rayonu ərazisində yerləşir. Qoruğun
yaranmasında məqsəd Buzlaq dövründən yadigar qalmış relikt dağ gölünü və onu əhatə edən təbii landşaft
kompleksini mühafizə etməkdir. Sahəsi 240ha-dır, onun da 176ha-rı su, 64ha-rı gölü əhatə edən quru sahəsidir.
13km
2
-lik kiçik su hövzəsinə malik olan Qaragöl Qarabağ sönmüş vulkan kraterində yerləşir, uzunluğu 1950m,
ən enli yeri 1250m, dərinliyi 78m, həcmi isə 10mln m
3
–dur. Göl əsasən qar, yağış və qismən buz suları hesabı-
na qidalanır.
Qaragöl mühüm hidroloji və təsərrüfat əhəmiyyəti kəsb edir, suyundan heyvandarlıq, əkinçilik və balıqçılıq-
da istifadə olunur. Gölün yüksəklikdə yerləşməsilə əlaqədar ilin 6 aydan çoxunda 50sm-dən artıq qalınlıqda
buzla örtülü olur, ona görə göldə fitoplanktonun və bentosun inkişafı və bioloji məhsuldarlığı aşağıdır. Qoruğun
florasında 100-dən artıq ot bitkisi növü mövcuddur, əsasən alp çəmən bitkiləridir.
Hazırda Qaragöl qoruğu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazi işğal altındadır.
|