Bəsitçay qoruğu
Qoruq Zəngilan rayonunda Bəsitçayın sağ sahilində yerləşir. Uzunluğu 15km-ə, eni 150-200m-ə çatır, sahəsi
107ha-dır. (Respublikamızın ən kiçik qoruğu) ərazisinin 79,4%-ni meşəlik tutur. Çinar çox vaxt sırf , bəzən qa-
rışıq ağaclıq əmələ gətirir. qarışıq ağaclıqda üst mərtəbəni çinar və adi qoz ağacı tutur. Çayın kənarında çinara
qovaq növləri də qarışır, bəzən uzunsaplaq palıda və qarağaca da təsadüf edilir. Qoruqda çinar ağaclarının bo-
yu 35-40m, diametri 80-100sm təşkil edir.
Qoruq ərazisinin dar və kiçik olması, onun kəndlərlə əhatə olunması orada heyvanat aləminin az olmasına
səbəb olur. qoruqda bəzən canavar, qaban, porsuq, cüyür, dovşana, quşlardan kəklik, turac, göyərçinə rast gəli-
nir.
Dostları ilə paylaş: |