Korçay yasaqlığı
1961-ci ildə Xanlar və Goranboy rayonları ərazisində 15000 ha sahədə yaradılmışdır, məqsəd ərazidəki ov
əhəmiyyətli heyvan və quşları qorumaqdır. Ərazi yovşanlı-şoranlı yarımsəhradan ibarətdir. Torpaq örtüyü müx-
təlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən allüvial-çəmən torpaqlarından ibarətdir. Burada heyvanlar-
dan ceyran, dovşan, tülkü, çaqqal, canavar, quşlardan kəklik, turac və s.vardır
Bəndovan yasaqlığı
1961-ci ildə Salyan və Qaradağ rayonları ərazisində Cənub-Şərqi Şirvan düzünün Xəzər dənizinə qovuşduğu
yerdə Bəndovan burnu ətrafında 22 min ha sahədə yaradılmışdır, məqsəd bu ərazidəki ceyranları, köçəri və otu-
raq su və quru quşlarını qoruyub saxlamaqdır. Ərazi heyvanlar aləmi ilə zəngindir. Burada ceyran, qunduz, dov-
şan, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi, çöl pişiyi, porsuq və s. heyvan yaşayır, 70 növə qədər, o cümlədən
10-dan çox yırtıcı quş qeydə alınmışdır.
Dostları ilə paylaş: |