Gil adası yasaqlığı
1964-cü ildə Bakıdan 60 km cənubda Xəzər dənizinin Gil adasında 400 ha sahədə yaradılmışdır. Əsasən ada-
dakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Burada qağayıların sayı bəzən 10 minə ça-
tır.
Abşeron yasaqlığı
Yasaqlıq 1969-cu ildə Abşeron yarımadasının cənub-qərb qurtaracağında – Şahdilində yerləşir. Yasaqlığın
yaradılmasında məqsəd ceyranların, Xəzər suitisinin və su quşlarının qorunub artırılmasını təmin etməkdir. Sa-
həsi 815 ha-dır. Burada dənizsahili qumluqlar, şoranlıqlar, qamışlıq və digər torpaqlar vardır. Yasaqlıq heyvan-
lar aləmilə çox zəngin deyildir. Quru ərazisində ceyran, çaqqal, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və
müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıdöş qazlar, bizquyruq, yaşılbaş,
ördəklər, ağ vağ, qumluq cüllütü, qaşqaldaq və s. köçəri quşlar məskən salmışdır.
Dostları ilə paylaş: |