MəMMƏdov qəRİb xəLİlov mahmud


Planlaşdırılan milli parklar



Yüklə 4,78 Mb.
səhifə627/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   623   624   625   626   627   628   629   630   ...   751
18.4.4. Planlaşdırılan milli parklar 

 

Şahdağ milli parkı 

Şahdağ Milli parkının Böyük Qafqazın şimali-şərq yamacı və cənub yamacının orta və şərq hissəsində təşkil 

olunması layihələşdirilir. Bura əsasən Quba, Qusar, Dəvəçi, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarının bir hissəsi 

daxil olur. Quba və Qusar rayonlarının aşağı və orta dağ qurşaqlarında yaşayış məntəqələri sıx yerləşdiyindən 

Milli parka daxil edilmir. Dəvəçi rayonunun dağlıq yaşayış məntəqələri olmayan hissəsi və qismən Xızı rayonu-

nun ərazisi Milli parka daxil edilir. Bu zona arxeoloji, arxitektura və tarixi abidələrlə zəngindir. Burada mineral 

və termal sular (Qalaaltı, Xaltan, Cimi, Xaşa və b.) vardır. Bu massiv həmçinin sənaye şəhərləri-Bakı və Sum-

qayıta yaxın yerləşib 1-2 saata asvalt yolla əlaqə saxlamaq mümkündür. Ərazidə yüksək dağlıq zonada turistlər 

üçün maraq doğuran Xınalıq və Çarı kəndləri yerləşir. 

Geniş flora və fauna növlərinin qorunması üçün Şahdağ Milli parkının ərazisinə Böyük Qafqazın Cənub ya-

macının Qəbələ, İsmayıllı və Şamaxı rayonlarının dağlıq meşə, alp və sualp kompleksləri də daxil edilmişdir. 

Bu ərazidə özünəməxsus valehedici biokomponentlərlə yanaşı, müalicəvi termal mineral suyu, çoxlu qədim qa-

lalar, xanagah, qəbirstanlıqlar, movzoleylər, həmçinin orta əsrlər görünüşünü saxlamış Lahıc və Baskal kəndləri 

yerləşir. Bu kəndlərdə daş plitələr döşənmiş qədim küçələr, evlər, XVII əsrin yadigarı hamamlar, 400 il ömrü 

olan kanalizasiya indi də fəaliyyət göstərir. Özünəməxsus bu nadir kəndlərdə miskərlər yaşayır, onların düzəlt-

dikləri məmulatlar Amerika və Avropa muzeylərini bəzəyir. Burada ipək kələğayı və xalçatoxuyan emalatxana-

lar da mövcuddur. Bütün bunlar cazibədar təbiətlə və müxtəlif abidələrlə yanaşı, Basqal-Lahıc zonasını turistlər 

və istirahət üçün maraqlı edir. 

Milli parkın turistlər üçün ən maraqlı yerləri Baş Qafqaz silsiləsinin daim qarlı zirvələri – Bazar düzü 

(4484m), Tufandağı (4206m), Şahdağ (4251m), Qızılqaya (3739m), Babadağ (3632 m) hesab olunur.  

Milli parkın ərazisi Böyük Qafqazın hər iki yamacını – Şimali-Şərq yamacdakı Quba, Qusar, Dəvəçi, Xaç-

maz rayonlarını, Cənub yamacın Qəbələ,  Şəki,  İsmayıllı,  Şamaxı, Ağsu rayonları ilə birləşdirir.  Şahdağ Milli 

parkının ərazisi seçilərkən onun bütün şaquli landşaft qurşaqlarını, nadir biokomleksləri, həmçinin arxeoloji və 

tarixi –memarlıq abidələri  əhatə etməsini, onun ərazisinin rekreasiya üçün əlverişliliyi, istifadəsi və magistral 

nəqliyyat yollarına, iri və sənaye şəhərlərinə  yaxın olması nəzərə alınmışdır. Beləliklə, Şahdağ Milli parkının 

yaradılmasında məqsəd canlı və cansız təbiət abidələrini, dağ meşələrini, alp və subalp çəmənlərini, mineral və 

termal suları, dağ göllərini, şəlalələri, paleontoloji qazıntıları, tarixi-memar abidələri mühafizə etməklə yanaşı, 

onlardan rekreasiya məqsədilə istifadə edərək turizmi inkişaf etdirməkdir.  

Şahdağ Milli parkının ərazisinə 3 dövlət qoruğu – İsmayıllı qoruğu (5778 ha), Pirqulu qoruğu (1520 ha) və 

Altıağac qoruğu (4438 ha), 2 dövlət yasaqlığı – İsmayıllı yasaqlığı (34400 ha), və Qusar yasaqlığı (15000 ha) 

daxil edilir.  

Milli parkın ərazisində çoxlu relikt populyasiyalar, bitki qruplaşmaları, məs: Axoxçay danayalı qaraçöhrəli-

yi, Həmzəli qaraçöhrəliyi və şabalıd meşəliyi, Vəndam şabalıd meşəliyi, Vəlvəliçayın yüksək dağlıq hissəsində 

(2000-2400 m) 620 ha sahədə tozağacılıq, bir sıra nadir və məhv olma təhlükəsi olan ağac və kol növləri möv-

cuddur. (Cədvəl. 18.1.)   

 



 

363



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   623   624   625   626   627   628   629   630   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin