MəMMƏdov qəRİb xəLİlov mahmud


(Nabran) Yalama milli parkı



Yüklə 4,78 Mb.
səhifə629/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   625   626   627   628   629   630   631   632   ...   751
 

(Nabran) Yalama milli parkı 

Yalama-Xudat dəniz sahilləri bütün rekreasiya növlərinin fəaliyyətinin inkişaf etdirilməsi üçün ən perspektiv zona 

hesab olunur. Bunun əsas səbəbi sosial-iqtisadi faktor, yəni Bakı-Sumqayıt şəhərlərinə yaxın yerləşib 2-3 saatlıq av-

tomobil və dəmir yolunun olmasıdır. Həmçinin burada kənd təsərrüfatı məhsullarının, meyvə bağlarının bolluğu isti-

rahətçilərin qida məhsuluna tələbatını ödəyir. Lakin ən aparıcı faktor buranın füsunkar təbiəti- resursları-Xəzər sahil-

ləri, çimərlik, dənizə qovuşan düzən meşələri hesab olunur. Nabran milli parkında meşə landşaftı üstünlük təşkil edib, 

«Yalama meşəsi» adı ilə məşhurdur. Sahəsi 15 min ha təşkil edir. Meşəlik dəniz boyu dar zolaq şəklində uzanaraq 

dəniz səthindən 400 m yüksəkliyə qədər qalxır. Yalama meşəsində əsas ağac növləri uzunsaplaq palıd və İberiya palı-

dı say1ılır. Burada palıd meşələri ümumi meşə ilə örtülü ərazinin üçdə ikisini təşkil edir. (10 min ha-dan çox) Sahəsi-

nin böyüklüyünə görə ikinci yeri vələs meşələri  tutur. (2700 ha) Bu meşələr əsasən törəmə tipli olub palıd meşələri-

nin yerində əmələ gəlmişdir. 

Relyefin çökək rütubətli yerlərində ağyarpaq qovaq meşələri, xırda çaylar boyu isə dar zolaq şəklində qızılağac və 

söyüd meşələri bitir, burada ağcaqayın növlərinə də rast gəlinir. Yalama meşələrində kol cinslərindən murdarça, gər-

məşov, birgöz, zirinc, nar, zoğal, çaytikanı, sumaq, heyva, alma, armud, əzgil, yemişan, böyürtkan, itburnu və s. bitir.  

Yalama meşələri insanın təsərrüfat fəaliyyəti (ağacların qanunsuz kəsilməsi, mal-qara otarılması və s.) nəticəsində 

öz ilkin vəziyyətini tamamilə itirmişdir. Bununla yanaşı, burada iki turist bazası fəaliyyət göstərir. Yay mövsümündə 

dəniz kənarında və bu meşələrdə istirahət üçün mövsimi və ya qısa müddətli bazar və bayram günlərində minlərlə 

adam istirahətə gəlir. Düzgün təşkil olunmayan istirahət (yüksək rekreasiya yükü) nəticəsində meşələrə, ətraf mühitə 

böyük ziyan dəyir.  

Burada 5 min hektara qədər meşə sahəsi seyrəkliyə çevrilmişdir. Meşələrin sanitar vəziyyəti də yaxşı deyil-

dir. Burada geniş miqayasda yayılan ziyanverici həşəratlar və xəstəliklər, palıd və qarağac meşələrinin quruma-

sına səbəb olmuşdur.  

Yalama meşələrinin sanitar-gigiyena, dekorativ, estetik, həmçinin torpaqqoruyucu və sutənzimləyici xassə-

lərini yaxşılaşdırmaq üçün kompleks meşəçilik tədbirləri həyata keçirilməlidir.  




 

366


Yalama meşələrində qoruq və kurort zonalarının ayrılması təklif olunur. Qoruq zonasında həmin ərazi üçün qiy-

mətli ağac sayılan palıd və qovaqdan ibarət düzən-meşə landşaftı bir təbiət abidəsi kimi qorunub saxlanılmalı, müxtə-

lif meşəçilik tədbirlərini həyata keçirərək bu meşələrin davamlılığı, ömrü artırılmalı, estetik görünüşü daha da yax-

şılaşdırılmalıdır. 

Kurort meşə zonasında aparılacaq tədbirlər bura gələnlərin rahat istirahət etməsinə imkan yaratmağa doğru yönəl-

dilməlidir. Bu məqsədlə meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi genişləndirilməlidir. Kurort me-

şələrinin rekreasiya davamlılığını artırmaq məqsədilə meşə sahələrində abadlıq işləri görülür: piyada marşrut yolları, 

mənzərəli yerlərə gedən yaxın və uzaq məsafəli gəzinti cığırları düzəldilir, qısamüddətli istirahət üçün çardaqlar, 

skamyalar, yağışdan daldalanmağa örtüklər, idman və oyun meydançaları təşkil edilir.  

Qoruq zonasından fərqli olaraq burada istirahət edənlər müxtəlif istiqamətdə gəzişməyə çıxmaq, müəyyən məhdu-

diyyət daxilində göbələk, meyvə, giləmeyvə, dərman bitkiləri yığmaq imkanına malik ola bilər.  

Ziyanverici həşəratlar Yalama meşələrinin rekreasiya vəziyyətini aşağı salır. Bu meşələrdə bəzi illər dəyişik 

ipəksarıyanın həddindən artıq çoxalması nəticəsində bir tərəfdən ağaclar yarpaqdan məhrum olaraq çılpaqlaşır, 

digər tərəfdən isə meşə sahələri həşəratların tırtılları ilə çirklənir, onları tapdaladıqda isə adama xoşagəlməz təsir 

bağışlayır.  

Meşədə qış qarışcası artdıqda gəzintiyə çıxan adamın üst-başı ağacdan hörümçək kimi sallanan tırtıllara bulaşır, 

onlar üzə-gözə dırmaşdıqda isə tez meşədən qaçıb çıxmağa tələsirlər. Odur ki, istirahət üçün nəzərdə tutulan kurort meşələ-

ri təmiz olmalı və estetik cəhətdən adamın zövqünü oxşamalıdır. Belə sahələrdə zərərvericilərə qarşı bioloji mübarizə təd-

birlərinin aparılması vacibdir. 

Milli parkın kurort hissəsində meşə bərpa işləri aparıldıqda dekorativ, gözoxşayan ağac və kol cinsləri- ipək akasiyası, 

cökə, şabalıd, qafqaz və yapon xurması; ağcaqayın növləri, çinar, dəmirağac, yemişan, moruq, alça, əzgil, alma, armud və 

s. istifadə edərək xeyirli həşərat və quşları cəlb etməyin böyük əhəmiyyəti vardır.  

- Parkın kurort zonası meşələrinə qiymətli vəhşi heyvanlardan maral, cüyür, quşlardan qırqovul, turac və s. gətirib bu-

raxmaq, bu meşələrin heyvanat aləmini daha da zənginləşdirmək vacib məsələdir.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   625   626   627   628   629   630   631   632   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin