MəMMƏdov qəRİb xəLİlov mahmud


Şahdağ milli parkı ərazisində nadir və məhvolma təhlükəsinə məruz qalan ağac və kolların siyahısı



Yüklə 4,78 Mb.
səhifə628/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   624   625   626   627   628   629   630   631   ...   751
Şahdağ milli parkı ərazisində nadir və məhvolma təhlükəsinə məruz qalan ağac və kolların siyahısı 

 

Cədvəl 18.1. 

 

Sıra 



Sayı 

Azərbaycanca 

adı 

Latınca adı Yayıldığı yer 

1 2 


1 Kəskiniyli 



(ağıriyli) ardıc 

Yuniperus foetidissima  Gilgilçay hövzəsi, 

Təngəaltı silsiləsi, 

dəniz səthindən 

800-1300 m 

2 Qazax 


ardıcı 

Yuniperus Sabina L 

Böyük Qafqaz, 

subalp zonası, 

bəzən 3000m- ə 

qədər 


3 Qarmaqvarı şam  Pinus hamata D. Sosn 

Qusar r-nu, Kuzun 

kəndinin yanı 

4 Giləmeyvə 

qaraçöhrə 

Taxus baccata L 

B. Qafqazın aşağı 

və orta dağ qurşağı 

5 Budaqlı danaya 

Danae  racemasa L 

B. Qafqazın cənub 

yamacı, aşağı dağ 

qurşağı, çay dərələ-

rində 


6 Trautvetter 

ağcaqayını 

Acer trautvetteri 

Megw 


Böyük Qafqaz, 

1600-2400 m 

yüksəklikdə 

7 Aşı sumaq 

Rhus coriaria L 

B. Qafqazda, meşə 

talalarında 

8 Pastuxov 

daşsarmaşığı 

Hedera pastucowii 

Woronow 

Böyük Qafqaz, 

düzən, aşağı dağ-

meşə qurşağı 

9 Çoxpulcuqlu 

tozağacı 

Betula microlepis  

İsmayıllı r-nu, 

Göyçay çayının sağ 

sahili, dəniz 

səthindən 800 m, 

meşəliyin 

tərkibində 

10 Radde 

tozağacı Betula 

raddeana 

Trautv. 

Quba rayonu, 

Babadağ 

 

11 



Şuşa vələsi Carpinus 

schuschensis 

H. Winkl 

Böyük və Kiçik 

Qafqazda meşənin 

tərkibində 

12 Qafqaz 

xurması 


(xurnik) 

Diospyros lotus L 

Böyük Qafqazın 

cən. yamacı 

13 Adi 

iydə Hippophae 

rhamnoides 

Dağətəyi zonada, 



çay yataqlarında, 

tək-tək 


14 Adi 

şabalıd  Castanea sativa Mill 

Qəbələ rayonu, 

aşağı dağ-meşə 

qurşağı 

15 


Şabalıdyarpaq 

palıd 


Quercus castaneifolia 

C.A. Mey 

İsmayıllı qoruğu, 

Qanıx-Həftəran 

vadisi 

16 


Qoz  

Juglans regia L. 

Qəbələ, İsmayıllı, 

Quba rayonları 

17 Qanadmeyvə 

yalanqoz 

Pterocarya pterocarpa 

(Michx) 


Böyük və Kiçik 

Qafqazda aşağı və 




 

364


orta dağ qurşağı, 

Samur-Dəvəçi 

düzənliyi 

18 Sumaqyarpaq 

göyrüş 

Fraxinus coriarifolia  

Scheele 

Qanıx-Əyriçay 

vadisi 

19 


Şərq çinarı 

Platanus orientalis L 

Qəbələ, İsmayıllı 

rayonları, aşağı dağ 

qurşağı, çay 

dərələrində tək-tək 

20 Azərbaycan 

itburnusu 

Rosa azerbaidzhanica  

Böyük Qafqaz 

meşələrində 

21 Sosnovski 

itburnusu  

Rosa sosnovskyi Chri-

shan 

Quba, Qusar 



rayonlarında 

22 Gürcüstan 

böyürtkanı 

Rubus georgicus 

Focke 

B. Qafqazın şimali-



şərq yamacı 

23 Meşə üzümü 

Vitis silvestris C. C. 

Gmel 


Samur-Dəvəçi 

düzənliyi, Qanıx-

Əyriçay vadisi 

 



 

365


Bitki örtüyü 

Şahdağ MP-ın ərazisində bitki örtüyü meşə və çəmən ladşaftlarilə ifadə olunur. 

MP-ın Böyük Qafqazın cənub yamacı hissəsində bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanu-

nuna uyğun olaraq yayılmışdır. 

Aşağı dağ-meşə qurşağında dəniz səthindən 1000-1100 m yüksəkliyə qədər ərazilərdə İberiya (gürcü) palıdı 

meşələri yayılmışdır, yamacların quzey cəhətlərində ona vələs qarışır, bəzən vələs sırf ağaclıq yaradır, 1400-

1500 m hündürlükdə İberiya palıdı yalnız dik daşlı yamacların cənub cəhətlərini tutur. İberiya palıdı meşələri 

dağların ətəklərinə qədər yayılaraq Qanıx- Həftaran vadisinin düzən meşələrinə qarışır. Vadiyə keçid hissə Oğuz 

və Qəbələ rayonlarında 600-900 m, İsmayıllı rayonunda isə 450-550 m hündürlükdən keçir. Orta dağ-meşə qur-

şağında 900 (1000)-1800 m yüksəklikdə sırf fıstıq meşələri yayılmışdır. Güney yamaclarda ona vələs də qarışır. 

Yuxarı dağ-meşə qurşağında şərq palıdı, tozağacı, quşarmudu seyrək əyrigövdəli meşəliklər yaradır. Bu meşə-

liklərdə Trautvetter ağcaqayını və ayı fındığına da təsadüf edilir. 

Yüksək dağlıq zonada üç bitki qurşağı ayrılır: subalp və meşədən sonra subalp (1700-2700), alp (2600-

3200), və alp qurşağından sonra yerləşən subnival və nival. Subalp qurşağında «birləşmiş» bitki örtüyü əmələ 

gətirməyən əsasən mezofil subalp çəmənləri, alp qurşağında isə alçaqboylu alp çəmənləri – «xalıları» yayılmış-

dır. Burada qayalıqlar, uçqunlar, yarğanlar, daşlıqlar geniş sahələri tutur.  

Subnival qurşaqda (3200-3500 m) qaya və dağ-tundra bitkiləri inkişaf edir. 3500 m-dən yuxarıda ərazi tor-

paq və bitki örtüyündən məhrumdur. Ərazi qayalıqlardan, çınqıllıqlardan və buzlaqlardan ibarətdir. 

Böyük Qafqazın şimali-şərq yamacında Milli parkın ərazisi meşənin müasir (antropogen aşağı salınmış) yu-

xarı sərhədindən keçir. Burada subalp, alp çəmənləri və qayalıqlar fonunda kiçik sahələr və qrup halında tozağa-

cı, şərq palıdı, quşarmudundan ibarət meşə qalıqlarına – meşənin «şahidlərinə» təsadüf edilir. MP-ın ərazisinin 

belə qəbul edilməsi orta dağ-meşə qurşağında kəndlərin olması, əhalinin sıx məskunlaşmasıdır. 

MP-ın Qusar bölməsi (Qusar yasaqlığı) dəniz səthindən 800 m-ə qədər yerləşir. Burada Samurçayı boyu tu-

qay meşələrinin qalıqları mövcuddur. Bu meşələrdə ağyarpaq qovaq, qızılağac, titrək qovaq, söyüd bitir. Dağlıq 

ərazi meşələrində fıstıq, qafqaz vələsi və İberiya palıdı üstünlük təşkil edir, onlara ağcaqayın növləri, göyrüş də 

qarışır. Meşə altında və talalarda kol bitkiləri – zoğal, yemişan, alça, alma, armud, göyəm, itburnu, böyürtkan və 

s. geniş yayılmışdır. Yasaqlıq ərazisində geniş sahələrdə dənli bitkilər və bağlar becərilir. 

MP-in  ərazisində yüksəklik qurşaqlarında ilkin bitki örtüyü dəyişmiş, pozulmuş, onları törəmə tipli bitki 

qruplaşmaları əvəz etmişdir. Bitkilərin yüksəklik qurşaqları daxilində yayılması qanunauyğunluğu hər yerdə po-

zulmuşdur. 

Hazırda Şahdağ milli parkı ərazisində dağ-meşə landşaftı və bulaqlar qoynunda istirahətə gələnlərin sayı il-

bəil artır. Quba rayonunun Afurca, Çinalar kəndlərinin ətrafında, Qəçrəşdə, Dəvəçi rayonunun Çırax-qala (Qala-

altı) ətrafında, Şamaxı rayonunun Çuxuryurd və Pirqulu, İsmayıllı rayonunun Basqal, Talıstan, Lahıc və s. yer-

lərinə yüzlərlə ailə yay dövründə müvəqqəti və mövsümü istirahətə gəlir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   624   625   626   627   628   629   630   631   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin