362
Altıağac qoruğu Ataçay hövzəsində (Xızı rayonu) 1990-cı ildə yaradılıb, sahəsi 4438ha-dır. Qoruq
Böyük
Qafqazın Şimal-Şərq yamacının şərq qurtaracağında meşə örtüyünün şərq sərhədində pozulmuş təbii meşə
landşaft kompleksinin mühafizəsini gücləndirmək yolu ilə ilkin bitki örtüyünü və heyvanat aləmini bərpa etmək,
torpağın eroziya prosesinin qarşısını almaqdır.
Ərazinin 3585ha-rı meşə ilə örtülü olub iberiya palıdı, qafqaz vəliəsi və şərq fıstığının üstünlüyü ilə təşkil
olunmuşdur. Bu meşələrə adi göyrüş, ağcaqayın növləri, ağrıovunduran quşarmudu, yabanı meyvə cinsləri (al-
ma, armud və s.) qarışır.
1940-50-ci illərdə bu meşələrdə qırıntı aparılmış, onlar seyrəkliklərə və kolluqlara çevrilmişdir. Sonralar yer-
li əhalinin rayondan köçüb getməsilə əlaqədar meşələr bərpa olunmağa başlamışdır. Hazırda meşələrin çoxu
törəmə mənşəlidir.
Qoruq ərazisində əsasən qonur dağ-meşə, çürüntülü karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə və s. torpaq tip-
ləri yayılmışdır.
Altıağac qoruğu ərazisində digər qonşu regionlara nisbətən heyvanat aləmi azdır. Bunun əsas səbəbi qanunsuz ovçu-
luq olmuşdur.
Qoruğun ərazisində hazırda cüyür, qonur ayı, qaban, vaşaq, yenot, dovşan, dələ, canavar və s.-yə, quşlardan isə
qırqovul, alabaxta, qaratoyuq, bildirçin, çöl qartalı və s.-yə rast gəlmək olar.
2004-cü ildə Altıağac qoruğu bazasında qoruğun ətraf ərazisindəki meşə ilə örtülü sahələri də daxil etməklə
11035 ha sahədə Altıağac MP yaradıldı.
Dostları ilə paylaş: