(mln. nəfərlə)
368
Turizm asudə vaxtda zövq almaq və istirahət etmək, sağlamlıq
və müalicə, qonaq getmə,
dərketmə, dini və
ya professional – işgüzar məqsədlə (amma getdiyi yerdə ödəniş mənbəyi olan məşğuliyyətin olmaması şərti ilə)
insanların daimi yaşayış yerini tərk etmək, başqa ölkəyə və ya öz ölkəsi daxilində başqa yerə müvəqqəti olaraq
səfər etməsidir.
Səyahətdən fərqli olaraq, turizm insanların kifayət qədər qısa zaman çərçivəsində (24 saatdan çox, 6 aydan
az olmamaq şərti ilə) bir yerdən başqa yerə getməsidir.
1937-ci ildə Millətlər Cəmiyyətinin Ekspertlər Komitəsi ilk dəfə olaraq beynəlxalq turizmin izahı barədə
tövsiyyələr vermişdir. Həmin tövsiyyələrdə göstərilirdi ki, «yaşamadığı yad ölkədə 24 saatdan az olmamaq şərti
ilə qalan hər bir şəxs turist hesab olunur».
1985-ci ildə Ümumdünya Turist Təşkilatının Baş Assambleyasının birinci sessiyası Turizm xartiyası – tu-
ristin siyasi və sosial tələblərini əks etdirən, turistin kodeksini də özündə birləşdirən proqram sənəddir. Turistin
kodeksi – turist səfərəi zamanı, turistin davranış qaydaları və etnik normalarının məcmusudur.
Dostları ilə paylaş: