Zuvand yasaqlığı
1969-cu ildə Lerik və Yardımlı rayonları ərazisində 15 min ha sahədə yaradılmışdır. Lənkəran və Viləş çaylarının
hövzəsinin yuxarı hissəsində, 1400-2500m yüksəklikdə yerləşir. Qoruğun yaradılmasında məqsəd dağ quru bozqır şərai-
tində bezoar keçisi və kəkliyin qorunmasıdır. Burada dağ şabalıdı torpaqlar yayılmışdır.
Qarayazı-Ağstafa yasaqlığı
1964-cü ildə Qarayazı meşələri sahəsində yaradılmışdır. Sahəsi 11970 ha-dır. Burada maral, qaban, qunduz,
canavar, çaqqal, meşə pişiyi, tülkü, porsuq, dovşan, quşlardan qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək,
qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. vardır.
Dostları ilə paylaş: |