Laçın yasaqlığı
1961-ci ildə Laçın rayonunun ərazisində yaradılmışdır. Məqsəd buradakı heyvan(qayakeçisi, qaban və s.) və
quşları (turac, kəklik və s.) qoruyub saxlamaqdır. Sahəsi 21370ha-dır. Orta və dağlıq əraziyə xas olan relyefə
malikdir. Ən yüksək zirvəsi Qırxqızdır (2852m). Şəlvə, Piçənis, Qorçuçay, Dambulaq və s. çayların dərələrilə
kəskin parçalanmışdır. Heyvanlardan yalnız qayakeçisi, cüyür və qaban ov əhəmiyyətli sayılır.
Qubadlı yasaqlığı
1969-cu ildə Qubadlı, qismən Laçın rayonlarının ərazisində yaradılmışdır, məqsəd ərazidəki heyvanlar alə-
mini, xüsusilə cüyür. qaban, qırqovulu qorumaqdır. Sahəsi 20 min ha-dır. Ərazi alçaq dağlıq sahələrin yuxarı
hissələrini əhatə edir, dərələrlə güclü parçalanmışdır. Burada qaban, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür,
dovşan, porsuq yayılmışdır.
Dostları ilə paylaş: |