Su hövzələrinin işıq rejimi. Suda işıq havaya nisbətən azdır. Su hövzələrinin səthinə düşən şüaların bir
hissəsi hava mühitinə əks olunur. Günəşin vəziyyəti aşağı olduqca şüanın əks olunması güclənir, odur ki, sualtı
günün uzunluğu quruya nisbətən qısa olur.
Müxtəlif uzunluqlu dalğalar eyni udulmur: qırmızı dalğalar suyun səthinə yaxın artıq yox olur, halbuki göy-
yaşıl dalğalar daha dərinliyə keçir. Dərinliyə endikcə toranlıq okeanda əvvəlcə yaşıl, sonra mavi, göy və göy-
bənövşəyi rəng alır, sonra isə daim zülmət-qaranlıq olur. Buna uyğun olaraq okeanda əvvəlcə yaşıl, sonra isə
qonur və qırmızı yosunlar bir-birini əvəz edir.
Dünya okeanında yosunlar işıqlanma zonasında məskunlaşır. Qırmızı yosunlar daha dərinliklərə keçir, çox
vaxt onlar 20-40 m, əgər su çox safdırsa, 100-200 m dərinliklərdə rast gəlinir.
Dərinliyə getdikcə heyvanların da rəngləri qanunauyğun olaraq dəyişir. Litoral və sublitoral zonalarda
heyvanların rəngləri daha parlaq və müxtəlif olur. Dərinlik və mağara orqanizmlərinin piqmentləri olmur. To-
ran-qaranlıq zonada qırmızı rəng daha geniş yayılıb bu dərinlikdə göy-bənövşəyi işığa əlavə hesab olunur.
Rəngə görə əlavə şüalar bədən tərəfindən tam udulur. Bu isə heyvanlara düşmənindən gizlənməyə imkan verir,
belə ki, onların qırmızı rəngi göy-bənövşəyi şüalarda qara kimi görünür. Qırmızı rəng toran-qaranlıq zonası
heyvanlarından olan dəniz xanı balığı, mərcan, xərçəngkimilər və b. üçün səciyyəvidir.
Su hövzələrinin üst qatlarında işığın miqdarı yerin en dairəsindən və fəsillərdən asılı olaraq kəskin dəyişir.
Arktikada və Antarktikaya yaxın su hövzələrində uzun qütb gecələri fotosintez üçün faydalı olan vaxtı
məhdudlaşdırır, qışda donan su hövzələrində buz örtüyü işığın keçməsini çətinləşdirir.
Okeanın qaranlıq dərinliklərində orqanizmin görmə mənbəyi informasiyası kimi canlı orqanizmlər
buraxdığı işıqdan istifadə edirlər. Canlı orqanizmin işıqlanması biolyuminessensiya adlanır. İşıqverən
(işıqsaçan) növlərə demək olar ki, su heyvanlarının bütün siniflərində – bəsit birhüceyrələrdən tutmuş balıqlara
42
kimi hətta bakteriyalar, ibtidai bitkilər və göbələklərdə rast gəlinir. Biolyuminessensiya yəqin ki, evolyusiyanın
müxtəlif mərhələlərində baş vermişdir.
Dostları ilə paylaş: |