MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə62/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   58   59   60   61   62   63   64   65   ...   751
Biolyuminessensiya heyvanların həyatında  əsasən siqnal əhəmiyyəti daşıyır.  İşıq siqnalları sürüdə 

istiqamətlənmək (səmtlənmək), digər cinsi cəlb etmək, şikarı (ovu) tovlamaq (aldadıb çağırmaq), maskalanmaq 

və ya yayındırmaq (azdırmaq) məqsədi daşıyır.  İşıqsaçma yırtıcının gözünü qamaşdırmaq və istiqamətini 

çaşdırmaq, ondan qorunmaqda da istifadə olunur. Məsələn, dərinlikdə yaşayan mürəkkəbböcəyi (dəniz mo-

lyusku) düşmənindən xilas olunaraq işıqlanan sekret (şirə) buludu buraxır, halbuki işıqlı sularda yaşayan növlər 

bu məqsədlə qara mayedən istifadə edir.  

Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını məhdudlaşdırır. 

İşıq şüalarının suda tez sönməsi ilə əlaqədar hətta yaxşı inkişaf edən görmə orqanlarının köməyi ilə yalnız yaxın 

məsafədə istiqamətlənmək mümkündür.  

Səs suda havada olduğundan daha tez yayılır. Hidrobiontlarda səslə istiqamətlənmə görməyə nisbətən daha 

yaxşı inkişaf etmişdir. Bəzi növlər hətta çox aşağı tezlikli (infrasəs) səsləri eşidir və fırtınadan əvvəl vaxtında 

üst qatlardan daha dərin qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər, balıqlar, 

molyusklar, xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə 

sürtməklə;balıqlar üzücü kisələri, udlaq dişləri, çənələri və digər üsullarla səs çıxarırlar. Səs siqnalları  hər 

şeydən  əvvəl növdaxili qarşılıqlı  əlaqə, məsələn, sürüdə istiqamətlənmək, digər cinsin fərdlərini cəlb etmək 

vəzifəsi daşıyır və bu xüsusən bulanlıq sularda və  dərində qaranlıq  şəraitində yaşayan orqanizmlərdə yaxşı 

inkişaf etmişdir.  

Bütün su heyvanlarına xas olan ən qədim üsul mühitin kimyəvi xassəsini qavramaqdır. Bir çox balıqlar 

üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı  əsasən iyə görə istiqamət götürür və çox dəqiqliklə 

kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar.  

Bəzi hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli 

asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem axtarmaq 

üçün böyük enerji sərfi tələb olunmur və bəzi molyusklar, oturaq dərisitikanlılar, polixet, plankton xərçəngciklər 

və b. üçün səciyyəvidir. 1 m

2

 sahədə yaşayan midilər (dəniz molyusku) manti boşluğundan sutka ərzində 150-



280 m

3

 su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan dafnilər, taygözlər və okeanda ən kütləvi 



yayılan xərçəngciyin (Calanus finmarchicus) hər bir fərdi gün ərzində 1,5 litr suyu süzgəcindən keçirir. Okeanın 

litoral zonası xüsusilə süzücü orqanizmlərlə zəngin olub effektli təmizləyici sistem kimi fəaliyyət göstərir.  

Yer üzərində daşqınlar, güclü yağışlar, qarın əriməsi və b. səbəblərdən əmələ gələn çoxlu müvəqqəti, dərin 

olmayan su hövzələri mövcuddur. Bu su hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif hidro-

biontlar məskunlaşır. Bu quruyan hövzələrin sakinlərinin ümumi xüsusiyyəti qısa müddət  ərzində çoxlu nəsil 

vermək və uzun dövr susuzluğa dözməkdir. Onlar əlverişsiz  şəraitdən (susuz) çıxmaq üçün olduqca müxtəlif 

üsullardan istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin