MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə58/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   54   55   56   57   58   59   60   61   ...   751
Oksigen rejimi. Oksigenlə doymuş suda onun miqdarı 1 litrdə 10 ml təşkil edir. Bu atmosferdə olan 

oksigendən 21 dəfə azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında olan 

bitkilər tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs 

orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir (cədvəl 2.1.).  

 

Cədvəl 2.1.  

Müxtəlif temperaturlarda suda həll olan 

oksigenin miqdarı, ml/l 

(A.Krogh, 1941) 

 

Temperatur, dərəcə 

Şirin su 

Dəniz suyu 

0 10,29 


7,97 

10 8,02 


6,35 

15 7,22 


5,79 

20 6,57 


5,31 

30 5,57 


4,46 

 

Suda oksigenin miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez 



axın, şəlalə və s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit 

havada qapalı axmaz su hövzələrində suda oksigenin həll olması yavaşıyır. Yaşıl bitkilər suda oksigenin 

çoxalmasına səbəb olur, ölü bitki qalıqlarının, lilin toplanması isə üzvi maddələrin parçalanması ilə  əlaqədar 

suyu oksigenlə kasatlaşdırır. Bu, xüsusilə yüksək temperaturda daha çox təzahür olunur. Belə  şəraitdə 

parçalanma (çürümə) prosesləri tezləşir, oksigenin həll olması isə zəifləyir. Qışda su hövzəsi buz ilə örtüldükdə, 

xüsusilə ona çoxlu miqdarda detrit qarışarsa, suda oksigenin miqdarı  kəskin azalır və oksigenin 

çatışmazlığından balıqların kütləvi məhv olması baş verir.  

Oksigenin çatışmazlığı ilə yanaşı, suda orqanizmlərin (xüsusən balıqların) məhv olmasına suda toksik 

qazların (metan, kükürd oksidi, CO

2

  və b.) konsentrasiyasının yüksəlməsi ilə  əlaqədar olaraq su hövzələrinin 



dibində maddələrin parçalanması səbəb olur. 

Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına və havadan diffuziya olmaqla 

daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara nisbətən oksigenlə zəngindir. Heyvan və 

bakteriyalar çox yayılan su qatlarında oksigendən çox istifadə olunduğundan onun kəskin defisitliyi yarana 

bilər. Məsələn, Dünya okeanında həyatla zəngin olan 50 m-dən 1000 m-ə  qədər dərinlikdə aerasiya kəskin 



 

41

pisləşərək fitoplankton yayılan suyun üst qatlarına nisbətən 7-10 dəfə  aşağıdır. Su hövzəsinin dibində  şərait 



anaerob vəziyyətinə yaxın ola bilər.  

Su sakinləri arasında suda oksigenin geniş  dəyişməsinə, hətta onun olmamasına tab gətirə bilən bir çox 

növlər mövcuddur (evrioksibiontlar), buna şirinsulu  oliqoxetlər (Tubifex tubifex), bəzi molyusklar (məs. 

Viviparus viviparus) aiddir. Balıqlar arasında suda oksigenin çox azlığına dözən növlərdən dabanbalığı, 

tinqabalığı, sazanı (çəkibalığını) göstərmək olar. Bununla belə, bəzi növlər stenoksibiontdur, onlar oksigenlə 

kifayət qədər yüksək doymuş sularda yaşaya bilər (məs. alabalıq). Bir çox növlər oksigenin çatışmazlığı 

şəraitində qeyri-aktiv vəziyyət (anosibioz) alır və beləliklə, əlverişsiz dövrü keçirə bilər.  

Hidrobiontların tənəffüsü ya bədənin səthi ilə, yaxud da xüsusi orqanlarla (ağciyər, traxey, qəlsəmə) həyata 

keçirilir.   


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin