8.7. Elektromaqnit çirklənməsi
Elektromaqnit dalğalarının təbii mənbələri: yer səthinin daimi elektrik və maqnit sahəsi,kosmik (günəş,
ulduzlar və s.) və atmosfer proseslərindən (ildırım boşalmaları və s.) ibarətdir. (Əliyev, Həmidov, Hüseyi-
nov, 2003).
Yerin təbii elektromaqnit sahəsi onun səthində açıq yerlərdə adətən 100 + 500 V/m gərginlikli izafi
mənfi yükün yaranmasıdır. Qara buludlar gərginlik sahəsini 10 – 100 000 V/m – ə qədər yüksəldə bilər.
Təbii elektromaqnit mənbələri zəif olduğundan canlılara bir o qədər də ziyan deyil. Canlılar üçün süni
(antropogen) elektromaqnit mənbələri daha ziyanlıdır.
Hazırda iri şəhərlərdə, hətta yaşayış mənzillərində güclü elektromaqnit çirklənməsi müşahidə olunur.
Gündəlik həyat tərzimizə müdaxilə edən radiocihazlar, televizorlar, məişət cihazları, açıq ərazilərdə isə
elektrik nəqliyyatları, yüksək gərginlikli elektrik xətləri, transformatorlar, radiolokator stansiyaları elektorom-
aqnit çirklənməsinə səbəb olur.
Elektromaqnit sahəsinin antropogen mənbələri 2 qrupa bölünür,(Əliyev, Həmidov, Hüseyinov, 2003). I
qrup – generasiya olunan (0 – 3 khs ) ən yüksək gərginlikli mənbələr; II – qrup – 3khs – 300 Qhs diapazo-
nunda mikrodalğalar daxil olmaqla radiogərginlikli diapazonlarda generasiya olunan şüalar. Bunlardan canlılar
üçün ən təhlükəlisi radiolokatorlar (hava əlaqəsi, gəmiçilik nəqliyyat radiolokatorları, hava nəqliyyatına nə-
zarət) sayılır.
Elektromaqnit şüalarının canlılara təsirinə kömək edən amillərdən biri atmosfer ionlaşmasıdır. Atmos-
ferdə olan ionlar 3 yerə bölünürlər: ağır, orta və yüngül ionlar.Atmosferin 1 sm
3
- da ağır ionlar 64%,
119
orta ionlar 20%, yüngül ionlar isə 10% təşkil edir. İonların atmosferdə sıxlığı temperaturdan asılı olaraq
dəyişir: ağır ionlar qışda çox, yayda az, yüngül ionlar isə qışda az, yayda çox olur.
Dostları ilə paylaş: |