Øÿêèë 8.5. Ãàçûíòû éàíàúàãëàðûíûí éàíäûðûëìàñû íÿòèúÿñèíäÿ
CO2-íèí àòìîñôåðÿ èëëèê äàõèë îëìàñû.
8.5. Alternativ enerji mənbələri (AEM)
AEM – nə günəş və külək enerjisi, həmçinin termal suları aid etmək olar. Günəş və külək enerjisi
respublikamızda elektrik enerjisini əldə etmək üçün perspektivli və ekoloji cəhətdən səmərəli mənbələr-
dir. Günəşdən yerə il ərzində 1500 trilyon kilovat saatdan çox enerji gəlir. Bu hazırda planetimizdə is-
tehsal edilən bütün yanacaq növləri enerjisi cəmindən təxminən 150 min dəfə çoxdur. Günəş enerjisinin
yalnız 0.2% - i bitkilər tərəfindən udulub fotosintez vasitəsilə enerji mənbəyinə çevrilir.(Əzizov, Cəlilov,
2003)
Respublikanın böyük potensial ehtiyatlara malik enerji mənbələrindən biri də termal sulardır.Əlverişli
təbii şəraitdə geotermal sistemlər, ənənəvi yolla alınan enerjidən 2.0 – 2.5 dəfə ucuz başa gələn enerji is-
tehsal etməyə imkan verir. Yaponiyada XXI əsrin əvvəllərində geotermal elektrik stansiyalarının gücünün
50 milyon kvt. saat, ABŞ – da 400 milyon kvt saata çatdırmaq nəzərdə tutulmuşdur.
Azərbaycanda termal sular geniş yayılmışdır.Onların öyrənilməsinin hazırki vəziyyətində yalnız Abşe-
ron , Gəncə , Lənkəran, Şirvan, Muğan, Xaçmaz və Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir.Tədqi-
qatlar göstərdi ki, (Əzizov, Cəlilov, 2003) respublika ərazisində termal sulardan isti su təchizatında, istixa-
naların qızdırılmasında, balneoloji məqsədlər üçün, kimyəvi xammal kimi istifadə oluna bilər. Respublika-
da termal sulardan istifadəyə yalnız Kürdəmir rayonu ərazisində başlanılmışdır.1980 - ci illərdə neft –
qaz axtarışı məqsədilə qazılan quyudan sutkada 6 – 10 min m
3
qədər həcmdə, istiliyi 80 - 90
0
- yə çatan
termal su çıxmışdır.İyirmi ildən yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə ax-
116
mış və xeyli torpaq sahələrini yararsız hala salmışdır.Hazırda həmin sulardan balneoloji məqsədlər üçün
istifadə olunur.
Termal sulardan xalq təsərrüfatının müxtəlif sahələrində dünyanın bir çox ölkələrində, o cümlədən
Gürcüstan və Dağıstanda geniş istifadə olunur.
Külək enerjisi. Külək enerjisindən (KE) istifadə haqqında məlumatları N.Ş.Hüseynov və E.P.Yusifovun
(2002) tədqiqatlarının nəticələrinə əsaslanaraq təqdim edirik.
Özünün ekoloji təmizliyi və tükənməzliyilə seçilən KE başqa alternativ enerji mənbələrindən maya
dəyərinə və effektiliyinə görə ən sərfəli hesab olunur.
İlk sadə külək mühərrikləri qədim Misir və Çin dövrünə təsadüf edir. İlk qədim yel dəyirmanları İranda
eramızın VII əsrində quraşdırılmışdır. XIII əsrdən etibarən KE gəmilərin hərəkətində, quyulardan suyun vu-
rulmasında geniş istifadə olunmuşdur.
Avropanın 20- dən artıq ölkəsində və Türkiyədə ümumi gücü 18 Mw olan minlərlə külək Enerjisi Qur-
ğuları (KEQ) fəaliyyət göstərir. Fransanın şərq sahillərində hər biri 1.3 Mw olan 16 KEQ illik 64 miliyon
kvt/saat enerji ilə 25600 nəfəri elektirik enerjisi ilə təmin etməklə, həmin ildə 32000 ton CO
2
– nin atmos-
ferə buraxılmasının qarşısını alır.
Dostları ilə paylaş: |