Øÿêèë 8.3. ßñàñ ùàâà ÷èðêëÿíäèðèúèëÿðèíèí ìÿíáÿëÿðè. (ÑÔÄ-
ñÿòùè ôÿàë äîëäóðóúóëàð)
Kimya və neft - kimya sənayesi
Kimya sənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı
zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral
gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə tullantılar atılır.
Çirkləndirici maddələrin tərkibində əsasən karbon qazı (28 %), kükürd anhidridi (16,3 % ), azot oksidi
(6,8 % ) olur. Tullantıların tərkibində amonyak (3,7 %), benzin ( 3,3 % ), hidrogen - sulfid, karbon - sulfid,
toluol ( 1,2 % ) aseton (0,95 %), benzol (0,7 %) , ksilol ( 0,3 % ) , dixloretan (0,6 % ) , sulfat turşusu (0,3 % )
da olur .Neft - ayırma sənaye müəsissələri atmosferi karbohidrogen ( 23 %) , kükürd qazı ( 16,6 % ) , kar-
bon qazı (7,3 %) , azot oksidi ( 2 % ) birləşmələrilə çirkləndirir.
|