8.3. Havanın təbii çirklənmə mənbələri
Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot, oksigen, karbon qa-
zı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri
mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Be-
ləliklə, hava areozol və ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur.
Ona görə ki, hər şeydən əvvəl hava biosferin bir hissəsidir, orada rast gəlinən bərk və maye hissəciklər
havanın biosferin digər komponentləri, yəni su, torpaq və canlı orqanizimlərlə qarşılıqlı əlaqəsinin nəticə-
sidir (təzahürüdür).
Təbiətdə baş verən təbii proseslər dispers hissəciklərlə havanın təchiz ediciləridir .Güclü vulkan püs-
kürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu his-
səciklər 20 km - dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883- cü ildə İndo-
neziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qədər qalxaraq 5 ilə yaxın
havada qalmışdır . Havada qalan hissəciklər un və süd tozundan da xırda olub diametri orta hesabla
0,002 mm olmuşdur .
1912- ci ildə Alyaskada Katmay vulkanı püskürən zaman 20 miliyard m
3
toz 50 km yüksəkliyə qədər
qalxmışdır. 1975 – ci ilin iyul – sentyabrında Kamçatkada püskürən Tolbaçik vulkanının məhsullarından
biri olan tozun gün ərzində miqdarı antropogen toz tullantılarının 30 % - ə yaxınını təşkil edirdi. Vulkan
püskürmələri zamanı havaya CO
2
–dən başqa
CO , H
2
, SO
2
, H
2
S , karbohidrogen qazları və s. buraxılır .
Akad . V.İ.Vernadski göstərirdi ki , atmosfer tozu planetin kimyasında olduqca böyük rol oynayır .
Hər il Amerika , Afrika , Avstraliya və dünyanın başqa ölkələrində yüzlərlə baş verən meşə yanğınları
nəticəsində tüstünün xırda bərk hissəcikləri 10 və 100 km – lə ərazilərdə yayılır .
Bozqır və torf yanğınları da mineral tozların əmələ gəlməsinə səbəb olur.
Dağ süxurlarının aşınması və dağılması , torpaq eroziyası və onunla əlaqədar baş verən qum tufanla-
rı zamanı da hava xeyli miqdarda xırda hissəciklərlə dolur . Xüsusən karbonatlı süxurların aşınması zama-
nı onun tərkibindən CO
2
ayrılır və atmosferə daxil olur.
Sahili çırpan dalğalar zamanı dəniz «tozları» bir neçə km – lərlə havaya qaxır, havada quruyaraq orada dəniz
duzları qalır. Hətta dənizlər arasında qalan Tasmaniya adalarında atmosferdə dəniz səthindən 2000 m yüksəkliyə
qədər xırda hissəciklərə təsadüf olunur. Onların tərkibində müxtəlif elementlər, o cümlədən mis müşahidə olun-
muşdur .
Sutka ərzində Yer səthinə 10 min tonlarla kosmik tozlar düşür. Kosmosdan gələn bu tozların mənşəyi
hələ o qədər məlum deyil. Ola bilər ki , Günəşin fəalliyyəti nəticəsində əmələ gəlmişdir. Bu tozlar meteo-
ritlərin yanmış qalıqları da ola bilər.
Havada üzvi tozlara da rast gəlinir. Bu tozlar atmosferdə yaşayan aeroplanktonlardan , bakteriyalardan ,
göbələklərin sporlarından , bitkilərin tozcuqlarından , bitki və heyvanların çürümə, qıcqırma və parçalanması
məhsullarından ibarətdir . Bitkilərin böyüməsi, çiçəkləməsi zamanı da havaya tozcuqlar buraxılır.
112
Dəniz səthindən 1600 m yüksəklikdə havada göbələk və ayıdöşəyilərin sporlarına təsadüf edilir . Nəha-
yət duman , bulud və yağışlar da aerozol sayılır, onları «su aerozolları» adlandırmaq olar .
Dostları ilə paylaş: |