8.1. Atmosferin quruluşu
Dəniz səviyyəsindən yüksəkliyə qalxdıqca temperaturun dəyişmə xarakterinə görə atmosfer 5 əsas tə-
bəqəyə bölünür : troposfer, strotosfer, mezosfer, termosfer və ekzosfer .
Troposfer atmosferin ən aşağı hissəsi olub qütblərdə qalınlığı 8-10 km, ekvator zonasında isə 15-18
km – ə çatır. Troposferdə havanın t
0
– ru (temperaturu) yüksəklikliyə qalxdıqca hər 100 m – də orta hesabla
0,5-0,6
0
aşağı düşür. Odur ki, hətta ekvatorda troposferin üst sərhədində temperatur ( - 70
0
) təşkil edir. Tro-
posferdə havanın 80 % - ə qədəri, yəni 8/10 hissəsi cəmləşir. Burada mühüm atmosfer prosesləri gedir ki, o da
insanın həyat və fəalliyətinə təsir göstərir: Bu proseslər istilik və rütubətlik mübadiləsi, buludların əmələ gəlmə-
si, yağıntılar, şimşək, tozlu tufanlar, quru küləklər və s. məhz troposferdə baş verir.
Strotosfer - troposferdən üstdə yerləşərək 50-55 km-ə qədər çatır. Bu qatın aşağı hissəsində temperatur yük-
səkliyə görə dəyişmir. Yuxarı hissəsində 35 km – dən sonra yüksəklik artdıqca temperatur çoxalır. Buna səbəb
strotosferin yuxarı hissəsində günəş radiyasiyasının ozon qatı tərəfindən intensiv udulmasıdır. Belə ki, bu qatda
ozon ekranı yaranır. Hündürlükdən asılı olaraq en dairəsi ilə əlaqədar ozonun miqdarı dəyişir. Ən sıx ozon tə-
bəqəsi 30 km hündürlükdə qeyd olunur. Qütblərdə isə ozon təbəqəsi 18-20 km – də yerləşir.
Strotosferdə troposferdəki kimi havanın hərəkəti müşahidə olunmur. Odur ki, bir qayda olaraq strotosferdə
bulud yaranmır.
Mezosfer - strotosferdən yuxarıda yerləşir. Onun yuxarı sərhədi 80-90 km hündürlükdən keçir.Mezosferdə
t
0
- r –70, -80
0
-yə qədər enir.
Termosfer - mezosferdən üstdə yerləşərək 800 km – ə qədər çatır.
Termosferdə hava güclü ionlaşmışdır, ona görə burada elektrik keçirmə troposferə nisbətən milyardlarla
yüksəkdir. Termosferdə yüksəkliyə doğru t
0
-r qalxaraq onun yuxarı sərhədində təxminən 2000
0
- yə qədər
çatır.
Qeyd etmək lazımdır ki, belə yüksək t
0
– r qaz malekullarının hərəkətinin kinetik enerjisini səciyyələndirir
. Kosmik gəmilər termosferdə olduqda , burada havanın olduqca seyrək olması ilə əlaqədar belə yüksək
t
0
- run mənfi təsirinə məruz qalmır.
|