Atmosfer havası – müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08 % - i azot, 20,95 % - i oksigen ,
093 % arqon , 0,03 % – i karbon qazından ibarətdir.Qalan qazların payına (neon, helium,metan, ksenon, rodon və
Atmosfer oksigenlə nəfəsalmanın əsas mənbəyidir . İnsan bir dəqiqə ərzində 5 l – dən 100 litrə qədər
hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka ərzində qida və suya olan tələbatından
Atmosfer insanı kosmosdan təhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil olmağa
qoymur. Yalnız il ərzində Moskva şəhəri üzərində 200 – ə qədər meteoritin yanması müşahidə olunur.
Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə ki, atmosfer olmasa gündüzlər Yer səthi gü-
sız olardı. Atmosfer olduğuna görə Yerdə t
111
Təbiətdə havanın əsas istehlakçıları (sərf ediciləri) flora və fauna sayılır. Hava Yer üzərindəki bütün can-
lılar üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər.
Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də havanın mü-
əyyən dərəcədə təmizliyi vacibdir.
İnsanın sağlamlığı havanın keyfiyyətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən
evin, həmçinin qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava su, quru, dəniz, torpaq insan üçün
zərərlidir.
Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları ultrabənövşəyi, rentgen və kosmik şüaların məh-
vedici təsirindən qoruyur. Atmosferin yuxarı qatları bu şüaları qismən udur, qimən isə səpələyir.
Atmosfer bizi «ulduz qırıntılarından» qoruyur. Belə ki, xırda meteoritlər Yerin cazibə qüvvəsi nəticə-
sində böyük sürətlə (11/64 km/san) planenitin atmosferinə girdikcə, orada hava ilə sürtünərək parçalanır,
təxminən 60-70 km yüksəklikdə onların çoxu yanır. Atmosfer, Yeri həmçinin iri kosmik qırıntılarından
mühafizə edir.
İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti vardır. Atmosfer havası günəş şü-
alarını milyonlarla xırda şüalara parçalayır, bu şüaları səpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə
işıqlanma yaradır.
Hava örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin molekulları və onda
olan müxtəlif qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, göy və mavi şüalar yayır (saçır). Yerdən
uzaqlaşdıqca havanın sıxlığı və çirklənməsi azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, stro-
tosferdə isə qara bənövşəyi rəng alır.
Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı orada səssizlik hökm sürərdi, insan
danışığı olmazdı (eşidilməzdi).
Dostları ilə paylaş: