Tullantıların zəhərlilik dərəcəliyinin
qiymətləndirilməsi
Atmosfer havasının işlənmiş qazlarla çiklənməsini azaltmaq üçün avtomobillərin vəziyyətinə gündəlik texni-
ki nəzarət keçirilməlidir. Xəttə buraxılan maşınların sazlıgını yoxlamaq bütün avtobobil təsərüffatlarının vəzifə-
si və borcudur. Texniki xidmətin aşagı səviyyədə olması, nəzarətin olmaması atmosfer havasının zərərli maddə-
lərlə çirklənməsini artırır.
Hazırda zəhərlilik dərəcəsini azaltmaq məqsədilə avtomobillərin konstruksiyasını təkmilləşdirməklə yanaşı
onlara texniki xidmətin səviyyəsini artırmaq və avtomobillərin texniki vəziyyətinnə nəzarəti təkmilləşdirmək
günün aktual məsələsi hesab olunur.
Hazırda dünyada avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas standartla
tənzimlənir.
1993-cü ildə təsdiq olunmuş Avropa beynəlxalq standartı, bütün Avropa dövlətlərində fəaliyyət göstərir,
həm də bütün dünyada etibarlıdır.
Daha sərt amerika standartı, son vaxtlar nəzarət üsulunu sadələşdirmək üçün onu avropa standartı ilə birləş-
dirmək planlaşdırılır.
Yaponiyada işləyən (fəaliyyətdə olan) ən ciddi standart, həmçinin bütün dünyada etibarlıdır.
Rusiya ekoloji təhlükəsizlik standartı hazırkı dünya tələbələrinə nəinki uyğun gəlmir, hətta ondan 15 il geridə
qalır. Hələ indiyə qədər 1978-ci ilin standartı fəaliyyət göstərir.
1997-ci ildə «Moskva şəhərinin ətraf mühitini sağlamlaşdırmaq» planı təsdiq olundu, bu proqrama əsasən
800 min avtomobil ekoloji nəzarətdən keçirildi. Zəhərli tullantısı normanı keçən maşınların istismarı qadağan
olundu.
1997-ci ildən Moskva hökuməti hər il müəyinəsini keçirməklə bütün nəqliyyat sistemini texniki nəzarətdən
keçirir. Belə texniki müayinələr zərərli tullantıları 16%, səsin səviyyəsini 18% azaldır.
Dostları ilə paylaş: |