Hidrogen - XXI əsrin yanacağıdır
Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən dəyişə
bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklənmədən mühafizəsi praktiki olaraq
həll oluna bilər.
Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca nadir sayılar, belə ki, onun yaxşı alovlanması,
işlənmiş qazların zərərli olmaması, yüksək yanma intensivliyi və sürəti («benzin-hava» qarışığından 4 dəfə ar-
tıq) vardır.
Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. XXI əsrin ilk 25 ilində hidrogenin istehsalı və
ondan istifadə bu günə nisbətən bir neçə dəfə çox olması proqnozlaşdırılır.
Hidrogenin qaz halında, hətta sıxılmış qaz halında saxlanması sərfəli deyil, çünki belə saxlanması üçün iri
həcmli balonlar lazımdır. Ən real variant hidrogeni maye halında saxlamaqdır. Lakin bu halda xüsusi termoi-
zolyasiyalı bahalı kriogen çənlərdən,( baklardan) istifadə etmək lazımdır.
Hidrogeni metal soyuducu hidridlərin tərkibində bərk halda da saxlamaq olar, bu benzini çənlərdə (sisterna-
larda) saxlamaqdan təhlükəsiz sayılır.
Dostları ilə paylaş: |