1. Aqrokimyəvi tədbirlər. Əkinçiliyin kimyalaşdırılması (torpağa onun fiziki-kimyəvi xassələrini
yaxşılaşdıran və onun münbitliyini artıran gübrə və meliorantların verilməsi) radionuklidlərin torpaqdan kənd
təsərrüfatı bitkilərinə və sonra da heyvandarlıq məhsullarına daxil olmasının qarşısını alan ən səmərəli
vasitələrdən biridir. Mineral gübrələrin tətbiqi nəticəsində məhsulda radionuklidlərin konsentarsiyasının aşağı
düşməsi bir sıra səbəblərlə izah edilə bilər:
a. Bitkinin qida şəraitinin yaxşılaşması nəticəsində biokütləsinin artması və bununla da radionuklidlərin
həcminin ümumi kütləyə nisbətdə azalması;
b. Torpaqda mübadiləli kationların, ilk növbədə kalium və kalsium kationlarının konsentrasiyasının
artması;
c. Radionuklid ionları ilə torpağa verilmiş gübrələrin (duzların) ionların arasında antoqonizmin güclənməsi
və nəticədə bitki tərəifndən radionuklidlərin mənimsənilməsinin çətinləşməsi;
d. Mineral gübrələrin təsiri altında radionuklidlərin bitki tərəfindən çətin mənimsənilən formalara transfor-
masiya olunması.
Üzvi gübrələrin tətbiqi də torpaqda radionuklidlərin toplanmasının və onların bitkiyə keçməsinin qarşısını
alır. Üzvi gübrələrin səmərəliliyi yüngül qranulometrik tərkibli torpaqlarda özünü daha yaxşı göstərir. Belə ki,
aşağı münbitli torpaqlarda yüksək dozada peyinin verilməsi taxıl və arpanın məhsulunda
90
Sr 80% azaldır. Digər
kateqoriyadan olan təbii və süni radionuklidlərin üzvi və mineral gübrələrin təsiri altında torpaq və bitkidə
azalmasına dair məlumatlar vardır (A.N.Ratnikov, 1991).
Dostları ilə paylaş: |