Üçüncü mərhələ - bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid.
Buna pozulmuş yerin münbitliyinin və bioloji məhsuldarlığının bütövlüklə bərpa edilməsi, kənd təsərrüfatı və
meşə təsərrüfatı sahələrini yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək.
Rekultivasiyanın dağ-texniki mərhələsi
Rekultivasiyanın istiqaməti və ərazinin sonrakı məqsədli istifadəsi aşkar edildikdə tədbirlərin seçilməsi və
ərazinin hazırlanma keyfiyyətinə olan tələbatı və xarakteri, bununla da rekultivasiyanın hər bir mərhələsi üçün
çəkiləcək xərclər müəyyənləşdirilir.
Ən ağır və baha başa gələn dağ-texniki mərhələyə olan tələbatın müəyyənləşdirilməsi, xüsusən mühüm he-
sab edilir, belə ki, bu mərhələ sonrakı bioloji rekultivasiyanın və məqsədli istifadənin effektivliyini təmin edir.
Faydalı qazıntıların açıq üsulla istehsalı zamanı pozulmuş ərazilərin rekultivasiyasının dağ-texniki mərhələ-
sinin əsas istiqamətləri aşağıdakılardır:
a) Pozulmuş ərazinin müxtəlif məqsədli istifadə növü üçün hazırlanması. Bura aşağıdakılar daxildir: əlverişli
struktura malik layların məqsədə uyğun (səmərəli) relyefini yaratmaq, səthin planlaşdırılması, yamacların ha-
marlanması, çökmənin nəticələrini aradan qaldırmaq, meliorativ tədbirlərin yerinə yetirilməsi, sahəyə münbit
torpaq qatının verilməsi və s.
Dostları ilə paylaş: |