MəMMƏdov qəRİb xəLİlov mahmud


12.12. Torpağın rekultivasiyası



Yüklə 4,78 Mb.
səhifə391/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   387   388   389   390   391   392   393   394   ...   751
 


 

240


12.12. Torpağın rekultivasiyası 

Texniki tərəqqi əsrində, dünyanın bir sıra ölkələrində sənayenin yüksək inkişaf etməsilə əlaqədar torpaq ör-

tüyünün pozulması, dağılması  fəlakətli miqyas almışdır.  Əvvəllər kənd təsərrüfatı bitkiləri becərilən sahələr, 

məhsuldar meşələr, çəmənlər, otlaqlar altında olan münbit torpaqların yerində karxanalar qazılmış, yararsız lay-

larla örtülmüş, yollar, borular salarkən dağıdılmışdır. İnsan fəaliyyəti ilə relyefi, hidroloji rejimi dəyişmiş, tor-

paq örtüyü dağılmış və çirklənmiş, bitki örtüyü məhv edilmişdir, belə yerlər pozulmuş sahələr adlanır. Bu za-

man həm də sular və atmosfer də çirklənməyə məruz qalır. Biosferin təmizliyinə xüsusilə təhlükə yaradan mine-

ral xammal istehsal edən, tərkibində bitki və heyvanat aləmi üçün zəhərli sayılan sənaye tullantıları hesab edilir. 

Dağ-mədən sənayesinin fəaliyyəti, xüsusən, faydalı qazıntıların açıq üsullu istehsalı nəticəsində yer qabığı-

nın üst qatlarında dərin dəyişikliklər baş verir, bütün biogeosenotik əlaqələr pozulur. Bu zaman 10 metrlərlə, bə-

zən 100 m dərinliklərdən çıxarılan süxur qatları açılır, qarışdırılır və laylar atılır. Layların səthində çox vaxt bit-

kilərin inkişafı üçün fiziki-kimyəvi xassələri əlverişsiz olan süxurlar yerləşir. Belə ərazilər neçə onilliklər bitki-

siz- çılpaq olub «sənaye səhrasına» çevrilib, «ay landşaftı» da adlanır. Bu sahələr təsərrüfat istifadəsindən çıx-

maqla yanaşı, həm də  ətraf mühitin çirklənmə mənbəyi sayılır. 

Faydalı qazıntıların açıq üsulla çıxarılması təbii komplekslərə kəsgin təsir göstərərək landşaftın komponent-

lərinin dəyişməsinə səbəb olur. Bu zaman torpaq örtüyü, bitki və heyvanat aləmi pozulmaqla yanaşı, həm də li-

togen əsas dəyişir, yəni landşaftın morfoloji hissələrinin görünüşü tamamilə dəyişir. Antropogen kompleks sis-

temində belə ərazilər «təbii - texnogen», yaxud qısa şəkildə «texnogen» landşaft adlanır. Texnogen landşaftın 

digər antropogen landşaftlardan fərqi texnikanın və istehsalın ayrı-ayrı texnologiyasının təsiri nəticəsində dərin 

dəyişikliyə uğramasıdır. Qeyd edək ki, texnikanın təbii ərazi kompleksinə təsiri müsbət istiqamətə də yönəldilir: 

ekoloji şəraitin yaxşılaşdırılması, landşaft və ətraf mühitin optimallaşdırılması istiqamətində hidrotexniki və di-

gər mühəndis qurğularının yaradılması buna misal ola bilər. 

Sənaye tərəfindən pozulmuş ərazilərdə nisbətən qısa bir vaxtda insan təlabatını təmin edən yeni məhsuldar 

və davamlı təbii ərazi kompleksləri yaratmaq üçün insanın aktiv və məqsədyönlü iş görməsi lazım gəlir. Sənaye-

nin neqativ nəticələrini aradan qaldırmaq üçün hazırda sənaye inkişaf etmiş ölkələrdə torpağın rekultivasiyası 

kimi aktual problem irəli sürülür. Pozulmuş torpaqların, ərazilərin bərpası prosesi rekultivasiya adlanır. 

Torpağın rekultivasiyası praktiki, xüsusən nəzəri baxımdan nisbətən yeni istiqamət sayılır. «Rekultivasiya» 

termini faydalı qazıntılarda açıq üsulla istehsalın inkişafı ilə əlaqədar geniş yayılmışdır. Sənaye tərəfindən po-

zulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin ortalarında Almaniyada başlanmışdır. XX əsrin əvvəl-

lərində isə bu işlər İngiltərə və ABŞ –da aparılmışdır. Avropa və ABŞ-da rekultivasiya işləri II Dünya mühari-

bəsi başlamamış və əsasən müharibədən sonra daha geniş vüsət almışdır. 

Ərazinin (torpağın) rekultivasiyasının məqsədi müxtəlif işlərin (mühəndis, dağ-texniki, meliorasiya, kənd tə-

sərrüfatı, meşəçilik və b.) kompleksi kimi müəyyən vaxt ərzində yerinə yetirilərək sənaye tərəfindən pozulmuş 

torpaqların məhsuldarlığını  bərpa etmək və onları müxtəlif istifadə növlərinə qaytarmaq, yəni onların yerində 

daha məhsuldar və səmərəli təşkil olunmuş mədəni-antropogen landşaftların elementlərini yaratmaq, son nəticə-

də texnogen landşaftları optimallaşdıraraq ətraf mühit şəraitini yaxşılaşdırmaqdan ibarətdir. 

Sənaye fəaliyyəti tərəfindən pozulmuş landşaftın rekultivasiyasının istiqaməti və metodları pozulmanın xa-

rakterindən, regionun inkişaf vəziyyəti və perspektivindən, rekultivasiyanın həmin region üçün iqtisadi və sosial 

əhəmiyyətindən, fiziki-coğrafi xüsusiyyətindən asılıdır. Odur ki, müxtəlif ölkələrdə, hətta bir ölkənin müxtəlif 

rayonlarında rekultivasiya işləri oranın spesifik xüsusiyyətlərinə uyğun aparılmalıdır. 

Dünya ölkələrinin əksəriyyətində texnogen landşaftların sonrakı istifadə məqsədindən asılı olaraq aşağıdakı 

əsas rekultivasiya  istiqamətləri məlumdur  (Motorina, Ovçinnikov, 1975). 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin