MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə426/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   422   423   424   425   426   427   428   429   ...   751
13.2. Dünya meşələri 

Həzırda yer səthinin üçdə bir hissəsini meşəliklər tutmuşdur. Bunlar müxtəlif iqlim, relyef və torpaq şəraitin-

də yayılmışdır. Mövcud məlumatlara əsasən meşələrin sahəsi vaxtilə daha çox olmuşdur. Sonralar dünyanın bir 

çox yerlərində olan meşə sahələri başdan-başa qırılmış, yandırılmış, kənd  təsərrüfatı bitkiləri yetişdirmək üçün 

istifadə edilmiş və tədricən sıradan çıxmışdır. Bir sıra dağ və düzən meşələri intensiv otarılaraq məhv edilmiş-

dir. Bütün bunlar son 500 ildə dünya meşələrinin  

3

2

 hissəsinin, bəzi ölkələrin meşələrinin  isə tamamilə yoxa 



çıxmasına səbəb olmuşdur. 

Tropik meşələrin 40 faizi məhv edilmişdir. 1978-ci ildə Moskvada keçirilən Beynəlxalq Təbiəti Mühafizə 

Şurasının Baş Məclisinin materiallarına əsasən dünyanın qalan tropik meşələrinin hər dəqiqədə 20 hektarı məhv 

edilir. Alimlərin fikrincə Kiçik Asiya, İndoneziya və Filippin meşələri əsrin sonunadək çox çətin qala bilər. Tək-

cə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi üçün burada 10 minlərlə hektar qoruq meşələri məhv edilmişdir. 

Meşələrin yox edilməsi dünyanın bir sıra ölkələrində su dövranının zəifləməsinə, onun mənbələrinin yoxa 

çıxmasına, torpaqların güclü eroziyaya uğramasına, geniş sahələrdə yarğanların əmələ gəlməsinə, quru küləklə-

rin əsməsinə səbəb olmuşdur. 

Meşələrin amansızcasına yox edilməsi, onun bərpası üzrə lazımi tədbirlərin həyata keçirilməməsi buradakı 

digər təbii sərvətlərin azalmasına və dağılmasına, şimal rayonlarında geniş bataqlıqların, cənub rayonlarında isə 

məsrəfsiz səhraların yaranmasına səbəb olmuşdur. 

F. Engels «Təbiətin dialektikası» əsərində yazır: təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər 

bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlə-

diyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini puça çıxaran 

tamamilə başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotamiyada, Yunanıstanda, Kiçik 

Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu 

hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranələyinin əsasını qoymuşlar, çünki bu yerlərin meşələrini yox et-

məklə bərabər, rütubətin toplandığı mərkəzləri də yox etmişlər. Alp italyanları dağların şimal döşündə çox qayğı 

ilə qorunan iynəyarpaq meşələrini dağların cənub döşündə qırdıqları zaman bilmirdilər ki, bununla öz vilayətlə-

rinin uca dağlıq yerlərində maldarlığın kökünü kəsirlər; onlar əsla bilmirdilər ki, bununla öz dağ bulaqlarının su-

yunu qurudacaq və yağışlıq dövründə düzənliyə güclü sellər axacaqdır». (Engels 1966) 

Dünya meşələrinin ümumi sahəsi 3 milyard 30 milyon hektardır. Onun təqribən yarısı enliyarpaqlı ağac cins-

lərinin üstünlüyü ilə tropik qurşaqda, yarısı isə iynəyarpaqlı  ağac cinslərinin üstünlüyü ilə mülayim qurşaqda 

yerləşir. 

Hazırda dünyanın meşəlik dərəcəsi ümumi ərazinin 29 faizini  təşkil edir. Əhalinin sıxlığı və təbii şəraitdən 

asılı olaraq bu rəqəm qitələr üzrə kəskin fərqlənir. Avropanın meşəlik faizi (keçmiş SSRİ istisna olaraq) – 35,%; 

Şimali Amerika: Kanada və ABŞ – 38,8%, Cənubi Amerika – 42,6%, Afrika – 24%, Yaxın Şərq – 1,6%,  Uzaq Şərq 

– 44,7%-dir. Ölkələr arasında meşəlik faizi aşağıdakı kimi dəyişir: Finlandiya – 71%, İndoneziya – 63%, Yaponiya – 

59%, ABŞ - 33%, Fransa –20%, Çin – 9,9%, Avstraliya 4%-dir. Əhalinin meşə ilə təmin olunmasını göstərən rə-

qəm bir adama düşən meşəlik sahəsidir. Bütün dünyada bir adama 1,6 ha, keçmiş SSRİ-də 3,8 ha, Qərbi Avro-

pada – 0,3 ha, Asiyada – 0,4 ha, Cənubi Amerikada – 7,1 ha, Afrikada – 3,8 ha, Avstraliya və Okeaniyada  - 6,7 

ha-ya  bərabərdir. 

ABŞ-da hər adama 1,1, Fransada – 0,25, İngiltərədə – 0,03, Hindistanda  - 0,09 hektar meşə sahəsi düşür. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   422   423   424   425   426   427   428   429   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin