İlisu qoruğu
İlisu qoruğu Qax rayonu ərazisində 700-2100m yüksəklikdə yerləşir. Sahəsi 9345 ha-dır. Qoruqda 300-ə qədər
ali bitki növü vardır. Burada meşə ilə örtülü sahənin 8670 ha (94%) üç ağac cinsinin – fıstıq (50%), qafqaz vələsi
(25%), iberiya və şərq palıdı (20%) üstünlüyü ilə təşkil olunmuşdur, kiçik sahələrdə toz ağacı, ağcaqayın, titrək-
yarpaq qovaq meşələrinə təsadüf olunur. Meşələrin tərkibinə ağcaqayın növləri, adi qoz, şabalıd, göyrüş da qarşır.
Qoruğun ərazisində dağ-çəmən, dağ-meşə-çəmən, qonur dağ meşə, çürüntülü karbonatlı dağ meşə torpaqları yayıl-
mışdır.
Qoruq ərazisində 35 məməli növü yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, təkə, qaban), yırtıcılar
(qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, yenot, gəlincik, porsuq, meşə pişiyi, vaşaq, gəmiricilər (dovşan,
süleysinlər, siçanlar, sincablar və s.) cücüyeyənlər (ağdiş, qonur diş, kirpi, nalburun) və s. ibarətdir.
Qoruqda quşların 90-a qədər növü yaşayır. Onların 60 növə qədəri sərçəkimilərə aiddir. Burada qoruq yarat-
maqda məqsəd (1987-ci ildə) nadir və tükənmək təhlükəsi olan bitki və heyvanları qorumaq, deqradasiyaya uğ-
ramış meşələri yaxşılaşdırmaq. torpaq eroziyası və sellərin qarşısını almaqdır.
Dostları ilə paylaş: |