Hazırda milli parklar dünyada təbii ərazilərin qorunmasının ən əsas forması sayılır.
İlk dövrlərdə bir sıra ölkələrdə MP-lar yalnız təbiəti mühafizə məqsədi daşıyırdı və bu sahədə onlar olduqca
böyük rol oynamışlar. Belə ki, Afrika, Şimali və Cənubi Amerika, Asiya və Avstraliyada iri heyvanlar, quşlar və
qiymətli bitki növləri MP-ların yaradılması nəticəsində xilas edilərək indiyə kimi qalmışlar.
Lakin son 50 ildə turizm formasında rekreasiya adlanan istirahət forması bütün dünyada inkişaf edərək bö-
yük əhəmiyyət daşıyır. Mövcud MP-ra il ərzində yüz milyonlarla adam axışıb gəlir. Məsələn, Amerikanın MP-
rına il ərzində bir neçə yüz milyon, Afrikanın MP-rına isə 10 milyonlarla adam gəlir. Milli Park termini ilk dəfə
1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. MP Cənubi Amerikada 1903, Braziliyada 1919, Fransada
353
1913, İsveçrədə 1914, İspaniyada 1915-ci illərdə və s. ölkələrdə təşkil olunmuşdur. Hazırda dünyada 3000 –dən
arıq MP mövcuddur. Bəzi MP-rın sahəsi 1mln ha-rı keçir. Ən böyük MP «Qrenlandiya» MP-ı hesab edilir, sa-
həsi 7,5 mln ha-dır.
ABŞ-ın MP-rından ildə 10 milyarddan artıq, Keniyanın MP-ından isə ildə 100 milyon dollardan artıq gəlir
əldə edilir. İnsanların MP-ra güclü axımı təbii ekosistemlərin dağılmasına («turizm eroziyası») gətirib çıxarır,
MP-rın iki vəzifəsi- təbiəti mühafizə və rekreasiya arasında kəsgin qarşıdurma yaranır.
Buna baxmayaraq MP düzgün təşkil olunduqda olduqca böyük təbiəti mühafizə əhəmiyyəti daşıyır. MP-ın
təbiəti mühafizə funksiyalarını yerinə yetirməsi üçün orada təbii landşaftların, bitki örtüyünün, heyvanat aləmi-
nin və digər obyektlərin qorunub saxlanılması üzrə bir sıra tədbirlərin görülməsi təmin olunur, bu tədbirlər həm
də MP-a gələnlər üçün cəzbedici olmalıdır, bunun üçün iki mühüm şərtə diqqət yetirməlidir: park üçün yerin
düzgün seçilməsi və mühəndis- bioloji vəzifənin həlli. MP-ların yaradılması işində mühəndis-bioloji vəzifələr
çoxcəhətli və mürəkkəb olub xeyli vaxt tələb edir. Bu vəzifələr aşağıdakılardır:
3) MP-ın ərazisinin zonaları (hissələri) elə ayrılmalıdır ki, (qoruq, yasaqlıq, ekspozisiya nümayiş və məişət
xidməti təsərrüfat sahələri və s.) landşaftların və müxtəlif obyektlərin qorunub saxlanılmasına qarant verilsin,
həm də parka gələnlər üçün maksimum əyanilik və rahatlıq yaransın.
Kütləvi istirahət üçün ayrılmış şəhərətrafı istirahət zonasından fərqli olaraq MP-a qrupla və fərdi gələnlər
ciddi reqlamentlə qəbul olunur.
MP-ın ərazisində gəzintini təşkil edərkən rekreasiya yükü əsas təsərrüfat norması sayılır, ona riayət edilməsi
parkın təbii landşaftlarının yaxşı qorunub saxlanılmasına qarant verir. Bu yük (norma) parkın rejiminə riayət
edərək vahid sahədə maksimum miqdarda gələnlərin müəyyən ərazidə qalmasına imkan yaradaraq parka heç bir
ziyan yetirmir. rekreasiya yükü yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti (dərəcə-
si) ilə müəyyənləşdirilir.
MP-ın ərazisində gəzinti qadağan edilən qoruq sahələri, yasaqlıqlar ayrılmalıdır.
Qoruqlar canlı təbii laboratoriya sayılır. Qoruq ərazisində yalnız elmi-tədqiqat işlərinin aparılmasına icazə
verilir. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrdə mü-
rəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Əldə olunan nəticələr təbii mühitin pozulma
dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Milli Park daxilində yasaqlıqların başlıca vəzifə və funksiyaları ərazinin təbii heyvan, quş və bitkisini qoru-
yub saxlamaqdan ibarətdir. Burada adətən yalnız MP-ra gələn piyadalara (mühərriksiz) az vaxt ərzində kiçik
marşrutlarla gəzintisinə icazə verilir.
Azad hərəkət (gəzinti) icazə verilən zonada park növlü xidmət sahələrinin təşkilinə icazə verilir. Bu zonada
bir tərəfli torpaq yolu, dayanacaq yeri, baxış (nümayiş) meydançaları və s. ayrılır.
Parkın girişində yol kənarında kiçik miqyaslı məişət xidməti mərkəzi yaradılaraq içki çadırları qurmağa, ma-
şın dayanacağına icazə verilir. Kapital tikintilər, o cümlədən mehmanxana kompleksləri, motellər və s. adətən
parkdan kənarda yerləşdirilir. Böyük MP-ın ərazisində gecələmək üçün yerlər (çadır qurmaq üçün yerlər, ocaq
qalamaq üçün sahə, odun ehtiyatı və s.) ayrıla bilər.
Beləliklə MP nə mədəniyyət və istirahət parkı, nə kütləvi istirahət zonası, nə də zooloji, botaniki park deyil-
dir. Bununla belə MP-ın azad gəzinti zonasında yerli flora və fauna nümunələrini nümayiş etdirmək məqsədilə
kiçik zooparklar və botanika bağları salına bilər.
Azərbaycan Nazirlər Soveti 1982-ci ildə dövlət qoruqlarının və MP-ın yaradılması haqqında qərar qəbul edə-
rək Azərbaycanda ümumi sahəsi 213 min ha olan 4 MP-ın (Şahdağ, Murovdağ, Burovar və Qobustan M. P.-rı)
yaradılmasını irəli sürmüşdür.
Dostları ilə paylaş: