Qızılağac qoruğu 1930-cu ildə Xəzər dənizinin cənubi-qərbində Qızılağac körfəzində və Salyan düzünün bir
hissəsində yaradılmışdır. Sahəsi 88400 hektardır. Sahəsinin böyüklüyünə görə respublikamızın ən iri qoruğu sa-
landşaft sahələrinin mühafizəsi məqsədilə təşkil olunmuşdur. Qoruğun sahəsinin 59%-i su akvatoriyası, 20%-i
və oturaq quşların, quru və bataqlıq heyvanlarının, balıqların məskunlaşmasına şərait yaratmışdır. Qoruq 1976-
cı ildən «Su-bataqlıq yerləri konvensiyası»nın suətrafı və suda üzən quşların məskunlaşması üçün 12 Beynəl-
Qızılağac qoruğuna dünyanın müxtəlif yerlərindən çoxlu quşlar gəlir. Hər il buraya Taymır yarımadasından
357
qırmızıdöş qazlar və qu quşları, tundranın başqa yerlərindən qızılquş, Yakutiyadan ağ durnalar, Qazaxstandan
və Uraldan qızılqazlar gəlir. Qızılağac qoruğuna hər il yazda yuvalamaq üçün Misir, Sudan, İraq, Yeni Zenlan-
diya və başqa ölkələrdən qaravaylar, ərsindimdiklər, sarı və Misir vağları, qarıldaqlar və s. quşlar gəlir. Yuvala-
mağa gələn bu quşların bir mövsümdə yuvalarının sayı bəzən 60 mindən çox olur. Sentyabrda burada yaşılbaş
ördəkləri, fitçi cücələri, qaşqaldaqları görmək olar. Oktyabrda mareklər, bizquyruq ördəklər, qızılqazlar, qara
ördəklər kütləvi şəkildə gəlir. Noyabr-dekabr aylarında müxtəlif qazlar və qu quşları gəlir. Körfəzin sahillərin-
dəki quru ərazilərdə soltan toyuğu, torağaylar, bəzdəklər, dovdaqlar, çobanaldadanlar və s. quşlar məskunlaşır.
Ümumiyyətlə qoruq ərazisində 248 quş növü olduğu göstərilir.
Qızılağac qoruğunda quşların sayı haqqında ayrı-ayrı alimlər müxtəlif məlumatlar göstərir. Lakin son onillik-
lərdə quşların sayı azalmışdır. Bunun səbəbi qoruğun ətrafında kənd təsərrüfatının intensiv inkişafı, bataqlıq sa-
hələrin qurudulması, qoyun fermalarının saxlanması, iki böyük balıq yetişdirmə zavodlarının fəaliyyəti, suyun
duzluluq dərəcəsinin müəyyən vaxtlar aşağı düşməsi, qanunsuz balıq və quşların ovlanmasıdır. Quşların çoxal-
ması üçün göstərilən neqativ hallar aradan qaldırılmalı, elmi əsaslarla qoruq rejiminə əməl olunmalıdır.
Qoruqda məməlilərdən canavar, çaqqal, qamışlıq pişiyi, porsuq, tülkü, qafqaz gəlinciyi, dovşan, siçan, siço-
vul və s, sürünənlərdən xəzər və bataqlıq tısbağaları, zolaqlı kərtənkələ, biçimli ilanbaş, gürzə və s, suda-quruda
yaşayanlardan müxtəlif qurbağa növləri yaşayır. Qızılağac körfəzində xəzər suitinə də rast gəlinir. Su hövzəsin-
də 30-dan artıq balıq növü (siyənək, kütüm, çəki, naxa, suf, çapaq, kefal, xul və b.) sənaye əhəmiyyəti daşıyır.
Dostları ilə paylaş: