Göy-göl qoruğu
Respublikamızda ilk dəfə (1925-ci ildə) yaradılan Göy-göl qoruğunun yaradılmasında məqsəd Göy-göl və
onun ətraf ərazisinin zəngin, füsünkar təbiət kompleksini – torpaq qoruyucu, sunizamlayıcı, kurort-iqlim əhə-
miyyətli dağ-meşə və dağ-çəmən ekosistemlərini, zəngin və qiymətli heyvanat aləmini qorumaq, füsünkar dağ
və göllərini, dağ çaylarını təbii halında saxlamaq, elmi-tədqiqat işləri aparmaq üçün ərazidən daha səmərəli isti-
fadə etməkdir. Qoruğun «Eldar şami» filialını yaratmaqda məqsəd isə dünyada yeganə vətəni olan Ellər oyuğun-
da eldar şami meşələrini qoruyub saxlamaqdır.
Göy-göl qoruğu Kəpəz dağının (3065m) şimal yamacında meşə və subalp qurşaqlarında dəniz səviyyəsindən
1100m-lə 3065m yüksəklikdə yerləşir. Onun «Eldar şamı» filialı isə Qabırrı çayının sağ sahilində Ellər oyuğu
dağının şimal yamacında (300-500 hündürlükdə) yerləşir.
Göy-göl qoruğu ərazisində əsasən fıstıq (1270ha), vələs (1020ha) və şərq palıdı (400ha) meşələri yayılmışdr.
Dəniz səviyyəsindən 1500-2200m yüksəklikdə zəlzələdən uçmuş Kəpəz dağının daş qalaqları üzərində «pioner»
ağac cinsi kimi ilk dəfə bitərək meşə kimi formalaşmış qarmaqvarı şam meşəsi 149ha sahə tutur, ona fıstıq, pa-
lıd, tozağac, quşarmudu, vələs qarışır. Hazırda şam meşəsi «qocaldıqca» sıradan çıxaraq öz yerini buranın əsl
sakini fıstığa verir, özü isə zəlzələnin «çılpaq» daş qalaqlarında məskunlaşaraq Maral gölünə doğru – Kəpəz da-
ğının zirvəsinə tərəf arealını təzələyir.
Subalp qurşağında (2100-2700m) və alp qurşağında (2700-3000m) subalp (2211ha) və alp (200ha) çəmənləri in-
kişaf etmişdir.
Qoruq ərazisində dəniz səviyyəsindən yüksəklikdən, relyef şəraitindən və bitki örtüyünün xarakterindən asılı
olaraq çimli, yarımtorflu, qaratorpağa bənzər və bozqırlaşmış dağ-çəmən torpaqları (1600-(1700)-3000m) dağ
çəmən meşə torpaqları, meşə qurşağında isə qonur dağ-meşə torpaqları yayılmışdır.
Qoruğun ərazisində cücüyeyənlərin 6(kirpi, Qafqaz köstəbəyi, Radde qonurdişi, ağqarın ağdiş, dovşana bən-
zərlərin 1 (dovşan), gəmiricilərin 8 (müxtəlif siçanlar və siçovullar). vəhşi heyvanların 8 (tülkü, porsuq, ayı, daş
dələsi, meşə pişiyi, gəlincik, samur, vaşaq), dırnaqlıların 3 (təkə, cüyür, Qafqaz maralı), quşların 40-a qədər (bil-
dirçin, meşə göyərçini, meşə cüllütü, ağqarın cüllüt, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapa-
laq, bayquş, qu quşu, zığ-zığ, sarıköynək, baltadimdik, meşə torağayı, çil qara toyuq və s.), sürünənlərin 6 (ilan-
lar, kərtənkələlər), suda-quruda yaşayanların 3 (müxtəlif qurbağalar) növü yaşayır.
Göygöldə və Ağsuçayında yalnız forel (qızılxallı) balığı yaşayır. Qoruğun «Eldar şamı» filialında özünəməx-
sus arid meşə landşaftı yaranmışdır. Burada meşələr əsasən eldar şamı, ardıc növləri, saqqızağac, kollardan –
nar, açılıq, zirinc, doqquzdon, qaratikan və s.-dən təşkil olunmuşdur. Ərazidə meşə ilə örtülü sahə 290ha təşkil
edir. Onun 121ha şam, 170ha ardıc, 37ha saqqızağac meşəliyidir.
16 dekabr 2004-cü ildə Respublika Prezidentinin sərəncamı ilə 2000 ha-ya yaxın ərazidə eldar şamı sahəsi
Göy-göl qoruğundan ayrılaraq müstəqil Eldar Şamı Qoruğu elan edildi.
Yaxın gələcəkdə Göygöl qoruğu və onun ətraf ərazilərində Göygöl Milli parkının yaradılması nəzərdə tutu-
lur.
Dostları ilə paylaş: |