İsmayıllı qoruğu
Qoruq Böyük Qafqazın Cənub yamacının Şərq hissəsində meşə kompleksini, heyvanat aləmini, onların nadir
və qiymətli növlərini qoruyub zənginləşdirmək məqsədilə 1981-ci ildə yaradılmışdır. Sahəsi 5778 ha olub 600-
2250m yüksəklikdə yerləşir. Qoruq iki hissədən ibarətdir. Birinci (əsas) hissəsi dağlıq ərazidə(800-2250m) yer-
ləşib, sahəsi 5589 ha-dır. Dağ meşələri əsasən fıstıq, vələs, palıd (iberiya və şərq palıdı), qismən göyrüş, ağcaqa-
yın. cökə, qaraçöhrə və digər ağaclardan ibarətdir. Qoruğun ikinci hissəsi Qanıx - Əyriçay vadisinin şərq hissə-
sindəki düzən meşələrdən təşkil olunmuşdur. Sahəsi cəmi 189 ha-dır. Burada palıd (iberiya, uzunsaplaq və şa-
balıdyarpaq), qafqaz vələsi üstünlük təşkil edir.
Qoruğun dağlıq hissəsində qonur dağ-meşə, çürüntülü karbonatlı dağ-meşə, düzən hissədə isə allüvial meşə
torpaqları yayılmışdır.
İsmayıllı qoruğunun ərazisində cüyür, qaban, təkə. maral, ayı, canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, ye-
not, porsuq, dovşan dələ və s. heyvanlar, qırqovul, turac. qaratoyuq, bildirçin, sarıköynək, çobanaldadan, ağac-
dələn və s. quşlar vardır.
Dostları ilə paylaş: |