18.4.2. Yasaqlıqlar
Şəki yasaqlığı
Şəki yasaqlığı, Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Yasaqlı-
ğın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusən qırqovul və turacı, qonur ayı və qabanı qoru-
maqdır.
Ərazidəki meşəliklərdə uzunsaplaq palıd, qızılağac, adi qoz və tut ağacı bitir. Çay dərələrində ağaclarla bir-
likdə yemişan, böyürtkan, əzgil, alça, sarmaşıqlar keçilməz cəngəlliklər yaradır. Burada şabalıdı, boz-qəhvəyi
və qəhvəyi-meşə torpaqları yayılmışdır.
Yasaqlıqda qonur ayı, qaban, canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi,
sincab və b. heyvanlar, qırqovul, turac, meşə göyərçini, alabaxta, meşə cüllütü, bekas, bildirçin, boz kəklik, ya-
şılbaş ördək, cürələr, ağvağ, boz vağ və s. quşlar vardır.
Dostları ilə paylaş: |